Bentley Continental GT kupe və kabrioletinin yeni flaqman versiyası debüt edib. Bentley Continental GT Mulliner W12 modelinin kütləvi debütü sabah Qudvudda keçiriləcək Sürət Festivalı çərcivəsində baş tutacaqdır. Flaqman versiyası sadə reseptlə hazırlanıb. Mulliner atelyesinin keçən təqdim etdiyi dəbdəbəli tərtibatı “bərkgedən” Continental GT Speed modifikasiyasına köçürüblər.

Xatırladaq ki, Speed modifikasiyası  659 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki, yenidən tənzimlənmiş 8-pilləli “robot”, aktiv stabilizatorları olan üçkameralı adaptiv pnevmnodayaqlar, tam idarələnən şassi, arxa diferensialın elektron kilidlənməsi ilə təchiz edilir. Bentley Continental GT Speed modeli 100 km/saat həddini 3,6 saniyəyə (kabriolet - 0,1 saniyə yavaşdır) toplayır və 335 km/saata qədər sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mulliner bölməsi avtomobili Double Diamond naxışı olan “matrisalı” radiator barmaqlığı, özübərabərləşən mərkəzi qapağı (onlardakı “B” hərfi hər zaman şaquli vəziyyətdə dururlar) olan 22-düymlük təkər diskləri, ön qanadlardakı “Mulliner” yazısı olan barmaqlıqlar, işıqlanan kandar lövhələri və quraşdırılmış işıqlandırması olan yan güzgü gövdələri ilə təchiz edib.

Salon üçün səkkiz üçrəngli tərtibat variantı təklif olunur, mühərkkəb “romb içində romb” tikişləri (Mulliner Driving Specification paketi) isə standart təchizata daxildirlər. Bütün bunları Breitling xronoqrafı tamamlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.