Əgər Bentely şirkəti Continental GT modelinin utilitar versiyasını buraxmaq istərsə, ortaya necə bir avtomobil çıxar? Render rəssamı olan Reyn Priskin bu məsələyə baxışı çox maraqlıdır. O, qrand tureri cəlbedici şutinq breykə çevirməyi təklif edir.
Dəyişikliklərin əsasən avtomobilin arxa hissəsində baş verəcyini nəzərə alan Prisk, onun arxa tərəfdən görünüşünü əks etdirən renderi hazırlayıb. Adi kupe ilə eyni dam xəttinə qoruyan şütinq breykdə, yalnız damın arxa hissəsi yuxarı qaldırılıb. Bundan başqa, Prisk arxa fənərlərin oval şəkilli formasını da, nazik LED xətlərlə əvəzləyib.
Adi kupenin baqaj bölümünün həcmi 358 litr təşkil edir. Shooting brake kuzovlu modelin sahibi isə daha artığına sahib ola bilər. Ən əsası isə, bütün bu dəyişikliklər texniki hissəyə müdaxiləni tələb etməyəcəkdir.
Əlbəttə ki, Bentley şirkətinin belə bir kuzova malik olan Continental GT modelini buraxacağı real görünmür. Hazırda Bentley Continental GT modeli kupe və kabriolet kuzovları ilə təklif edilir, həmçinin Flying Spur sedanı ilə sıx şəkildə bağlıdır. Lakin, Bacalar barkettasının debütü Britaniya markasının bu sahədə eksperimentlərə hazır olduğundan xəbər verir.