Mulliner atelyesi bir daha qeyri-adi qabiliyyətlərini nümayiş etdirmək qərarına gəlib və Kaliforniyadakı Bentley Rancho Mirage diler şirkətinin xahişi ilə dörd mövzuda Continental GT Speed kabrioletini hazırlayıb. Kabrioletlər Ranço Miraj kurort şəhərciyinin təbii gözəlliyindən ilhamlanan "Expressions of Texture" kolleksiyasının bir hissəsidir və kuzovun satinləşdirilmiş boyasına, salonun təbii daşdan dekorasiyasına və blint basmanaxışı texnologiyası ilə hazırlanmış teksturalı üzlüklərə malikdir.

Məsələn, Havana rəngli kabriolet torpaq palitrası çalarları üslubunda tərtibata malikdir. Onun interyeri iki növ dəri – “konya”k və “qovrulmuş palıdla”, - üzlənib, oturacaqların kürək hissəsinə isə, Ölüm Vadisinin topoqrafik relyefi həkk olunub. Eyni, lakin 3D formatında olan xəritə ayaqaltılarda mövcuddur, ön paneli isə, Copper Stone və Havana örtmələri ilə bəzədilib. Öz növbəsində, Ghost White Pearl rəngindəki Continental GT Speed kabrioleti isə, qum təpələri barədə fikir yaradır, onun salonunu bəzəyən basmanaxışlar üzərində 100 saatdan çox işləmək tələb olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kolleksiyaya həmçinin üçrəngli karbonplastikdən dekoru olan Peacock Blue rəngində kabriolet daxil edilib - avtomobil ulduzlu gecə səmasını xatırlatmalıdır. Belə kabriolet Ranço Mirajın florasını simvolu olan tarixi British Racing Green rənginə boyanıb. Texniki baxımdan heç bir dəyişiklik elan edilməyib və ən maraqlısı odur ki, layihənin əsası kimi, Ultra Performance hibrid qurğusu ilə təchiz edilmiş yeni Continental GT Speed Convertible modeli deyil, 6,0-litrlik W12 mühərriki olan əvvəlki versiya götürülüb. Bu biturbomühərrik 659 at qüvvəsi və 900 Nm hasil edir ki, bu da ona 100 km/saata 3,6 saniyəyə sürətlənməyə imkan verir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.