Bentley, tərkib hissələrindən biri, səndəl ağacından alınan efir yağının təbii analoqu sayılan Dreamwood molekulu olan yeni ətiri buraxıb. Ətrin doldurulduğu şüşə müasir metropolisin həndəsi siluetindən ilhamlanaraq yaradılmıb və təbii daşla - mika şisti ilə bəzədilib. Yeni ətir ağac çalarlarının zəngin palitrasını təklif edir. Bentley, yeni ətrin müasir trend tədqiqatçılarına ünvanlandığını bildirir.

Yeni Bentley Momentum Unbreakable ətirinin özəlliyi təkcə onun təbii daşla örtülmüş şüşəsində deyil, həm də tərkibindədir. Prafümer Fabris Pellegren ətrin tərkibinə Dreamwood inqredientini daxil etməklə heyrətamiz bir kompozisiya yaradıb. Dreamwood səndəl ağacından alınmış efir yağının əvəzinə istifadə edilən biotexnoloji məhsuldur.

Dreamwood inqredientinin qoxusu da səndəl efiri ilə eynidir. O, ətirə istilik və müəyyən bir “yağlılıq” verir ki, bu da Momentum Unbreakable ətirini ağac çalarları ilə zənginləşdirir. Ön planda bənövşə yarpaqları və “Sfuma” mandarini hiss olunur, sonra lavanda, çəhrayı ətirşah, kirşan orrisi üzə çıxır. Beləliklə, Bentley şirkətinin fikrincə, yeni tendensiyaların tədqiqatçıları sayılan cool hunters məhz belə qoxuya malik olmalıdırlar.

Image alt Image alt Image alt Image alt

Ətir həcmi 100 millilitr olan ağır şüşələrə doldurulur. Şüşələrin hər biri mika şistindən hazırlanmış örtüklə bəzədilir. Daş nazik "dilimlərlə" kəsilir və yapışdırılır. Üstəlik, xüsusi texniki proses heç bir çətinlik çəkmədən ona lazımi formanı verməyi təmin edir. Momentum Unbreakable ətiri artıq Böyük Britaniyadakı Bentley firma mağazalarında 70 funt sterlinqə satılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.