Böyük Britaniyanın Kryu şəhərindəki Bentley fabrikində, əfsanəvi V8 6¾ mühərrikinin son nüsxəsini yığıblar. L seriyasından olan aqreqatların tarixi 1959-cu ildən başlayır və onlar son vaxtlara qədər Mulsanne sedanlarına quraşdırılıb. Sonuncu V8 mühərriki Mullanne 6.75 Edition by Mulliner seriyasından olan son otuzuncu sedanda quraşdırılacaqdır.
Alüminium blokunun mailliyi 90 dərəcə və iş həcmi 6230 kub santimetr olan orijinal L seriyalı mühərrik 1950-ci illərdə hazırlanmışdır. O, ilk dəfə Rolls-Royce Silver Cloud II modelinin əkizi olan Bentley S2 modelində quraşdırılıb. L410 mühərriki müxtəlif dəyişikliklərlə 1998-ci ilin martına qədər Rolls-Royce avtomobillərində quraşdırılıb. Bentley şirkətində isə mühərrikin ömrü daha uzun olub - o, 2020-ci ilə qədər buraxılıb. Sonuncu dəfə mühərriki Mulsanne modelinin buraxılışı üçün yeniləyiblər: mühərrik qazlaylayıcıfazaların dəyişdirilməsi sisteminə, yeni turbokompressorlara və frılanma anı artırıblar.
Əfsanəvi V8 mühərrikinin son nüsxəsi
Yola saldığımız Bentley Mulsanne Speed modlindəki L410HT indeksi olan aqreqat 537 at qüvvəsi və 1100 Nm fırlanma anı (1750 dövr/dəq) hasil edir. Bu mühərrik üçtonluq sedanı ilk "yüzlüyə" 4,9 saniyəyə sürətləndirir və 305 km/saat maksimal sürətlə təmin edir.
Britaniya markasının flaqmanı olan Bentley Mulsanne sedanını 6,0-litrlik W12 və 4,0-litrlik V8 mühərrikləri ilə təchiz edilən Flying Spur modeli əvəzləyəcəkdir. Tezliklə bu aqreqatlara V6 mühərrikinə əsaslanan hibrid qurğu da əlavə olunacaqdır.
Bentley Mulsanne 6.75 Edition by Mulliner
Vida seriyasından olan Bentley Mulsanne 6.75 Edition by Mulliner modeli Speed versiyasına əsaslanır və 30 nesxəlik məhdud saylı tirajla buraxılacaqdır. Bu seriyadan olan sedan fənərlərin xrom haşiyəsi ilə ahəng təşkil edən qara kuzov elementləri və Flying B emblemi, həmçinin parlaq qara daxili hissələri olan 21-düymlük təkər diskləri ilə fərqlənir.
Salon tərtibatı üçün dörd variantda dəri təklif olunur - Imperial Blue, Beluga, Fireglow və Newmarket Tan. Ön panel parlaq qara rəngli ağac və tünd alüminiumdan hazırlanmış dekor elementləri ilə bəzədilibdir.