Bentley markasının 2025-ci ildə debüt edəcək ilk seriya elektromobili 1400 at qüvvəli güc qurğusuna malik olacaq və 60 mil/saat (97 km/saat) həddini 1,5 saniyəyə toplayacaqdır. Bu barədə Automotive News europe nəşrinə müsahibə verən Britaniya markasının rəhbəri Ədrian Hollmark söyləyib.

Top menecer batareya modelinin hazırki Continental GT Speed ailəsindən iki dəfə güclü olacağını bildirib. Xatırladaq ki, qrand turerin 6,0-litrlik W12 mühərriki 659 at qüvvəsi və 900 Nm fırlanma anı təklif edir. 

Bununla belə, Kryuda yerləşən şirkətin rəhbəri belə dəlicəsinə sürətlənmənin gələcək elektromobilin başlıca rəqabət üstünlüyü olduğunu hesab etmir – çünki, reallıqda bu o qədər də rahat deyil.

Məsələn, bir sıra hesablamalara görə, 60 mil/saat (97 km/saat) həddini 1,1 saniyəyə yığmağa qadir olan yeni Tesla Roadster modelini, sürücüyə belə yüklənmələrin öhdəsindən gəlməsi üçün, naməlum sistemlə təchiz edəcəklər. Bu sistem avtomobili “uçan metal kostyumun” analoquna çevirəcəkdir.

Lakin dəbdəbəli avtomobillər istehsal edən Britaniya istehsalçısına belə fəndlər yaddır. Hollmarkın fikrincə, gələcək elektromobilin alıcıları üçün, onların Bentley avtomobilinin 30-dan 70 mil/saata (48 -113 km/saat)  və ya Almaniya üçün aktual olan 150 mil/saata (241 km/saat) qədər sürətlənərək ötmələri asanlıqla həyata keçirmək qabiliyyəti daha vacibdir.

Əgər ilk “yüzlüyə” 1,5 saniyəyə sürətlənmək həddən ziyadədirsə, o zaman avtomobil sahibi məhdudyyət tətbiq edərək bu vaxtı 2,7 saniyəyə qədər artırmaq imkanına malik olacaqdır. Yeri gəlmişkən, bu istənilən halda, 100 km/saata 3,6 saniyəyə sürətlənən Continental GT Speed modelində olduğundan yeyindir.

İlk elektromobilin hansı kuzovu alacağı hələlik dəqiqləşdirilməyib. Bununla belə, şirkətin yanvar ayında təqdim etdiyi Five-in Five planında ilk elektrokarın iri və dinamik model olacağı bildirilir. Hollmark bir daha ilk batareyalı modelin Audi və Porsche şirkətlərinin birgə məhsulu olan PPE platformasında inşa ediləcəyini təsdiqləyib.

Burada təəccüblü bir şey yoxdur, çünki Britaniya brendinə nəzarət İnqolştadt təmsilçisinə həvalə olunub. Xüsusilə qeyd etmək lazımdır ki, PPE arxitekturası Bentley markasını da hesaba alaraq yaradılmışdır, odur ki, Panamera modelinin bazasında yaradılmış Continental GT modelində olduğu kimi, əlavə adaptasiyaya heç bir ehtiyac qalmayacaqdır.

Əvvəl də bildirildiyi kimi, növbəti dörd elektromobil hazırki benzin modellərini əvəzləyəcəkdir. Onlardan birini 250 min avrodan baha qiymətə satacaqlar – Mulsanne modelinin istehsalına son verildikdən bu günə qədər, belə bahalı başlanğıc qiyməti olan Bentley modeli mövcud deyil.

Hollmark bu modelin sedan olmayacağını və onun yüksək qiymətinin batareya ilə bağlı olmadığını qeyd edib - yəni, ümumilikdə lüks elektrokar üçün akkumulyatorlar bloku W12 mühərrikindən daha ucuzdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, hazırda Bentley şirkəti Bentayga krossoverinin və Flying Spur sedanının plagin versiyalarını təklif edir. Tezliklə onlara Continental GT modeli də qoşulmalıdır: belə modelin protoipləri artıq testlər zamanı qeydə alınıblar.

2024-cü ildən başlayaraq hər bir Bentley modeli məişət şəbəkəsindən qidalanmaq imkanına malik olacaqdır. 2026-cı ildə isə elektrikləşməmiş variantlar model xəttindən çıxarılmalıdırlar. Elektromobillərə tam keçid bu onilliyin sonuna qədər başa çatmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.