Bentley Flying Spur First Edition məhdud seriyasından olan sedan Elton Con fondu tərəfindən təşkil edilmiş və QİÇS ilə mübarizəyə həsr edilmiş xeyriyyə balında təqdim edilib. Bentley şirkətiu avtomobili hərracda satılmaq üçün təqdim edib. Satışdan əldə edilən vəsait xeyriyyə fonduna veriləcəkdir.

Bentley Flying Fist Edition seriyasından olan sedanların istehsalı 12 ay davam edəcəkdir. İstehsal bu ilin sonunda başlanmalıdır..Yeni Bentley Flying Spur sedanı Continental GT kupesinin üslubunda olan dizayna malikdir. Dördqapılı qrand-turer Porsche mühəndislərinin hazırladığı MSB platformasında inşa edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Bentley Flying Spur sedanı Continental GT modelindən tanış olan 6,0-litrlik W12 mühərriki ilə təchiz edilir. İkiaxınlı turbokompressor cütlüyü ilə təchiz edilmiş aqreqat 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Mühərrik ZF firmasının ikimuftalı səkkiz pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Sedan 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir və 333 km/saatlıq maksimal sürət həddinə malikdir.