Bentley şirkəti Flying Spur modelinin ən güclü variantı olan Flying Spur W12 S modifikasiyasını təqdim etmişdir. Bu sedan Bentley şirkətinin tarixində istehsal edilən ən sürətli dörd qaılı sedandır. Bentley Flying Spur W12 S modeli 320 km/saat sürət həddini keçən ilk Bentley markasından olan dörd qapılı sedanıdır.

Bentley Flying Spur W12 S sedanı təkmilləşdirilmiş iki turbokompressorlu  6,0-litrlik on iki silindirli  mühərriklə təchiz edilmişdir ki, bu mühərrikin gücü 635 at qüvvəsi və fırlanma anı isə 820 Nm təşkil edir. Bu adi Bentley Flying Spur W12 modelində olduğundan 10 at qüvvəsi və 20 Nm daha çoxdur. Təkmilləşdirilmiş güc aqreqatı ZF firmasının səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır.

“Qaynar” sedan 100 km/saat sürətini 4,5 saniyəyə toplayır. Onun maksimal sürəti 325 km/saat təşkil edir. Müqayisə üçün adi Flying Spur W12 modeli ilk “yüzlüyə” çatmağa 4,6 saniyə sərf edir, onun maksimal sürəti isə 320 km/saata bərabərdir. Flying Spur W12 S modeli güclü mühərriklə yanaşı təkmilləşdirilmiş asqı və stabilizasiya sistemi ilə, həmçinin karbon-saxsıdan hazırlanmış əyləc mexanizmləri ilə təchiz edilir. 

Bundan başqa, “qaynar” sedanın təchizatına 21-düymlük təkər diskləri, tündləşdirilmiş işıq texnikası daxildir. Əlavə olaraq, sedan yan güzgülərin xüsusi korpusnuu və Flying Spur sedanının eksklyuziv modifikasiyası olan Beluga variantından alınmış xüsusi diffuzoru əldə etmişdir. Sedanın salonunda yeni formalı  sükanaltı ötürmələr dəstəkləri olan sükan çarxını görmək olar. Bundan əlavə, interyerdə qara rəngli parlaq alüminiumdan olan Engine Spin işləmələrini müşahidə etmək olar. Eyni zamanda britaniyalılar interyerin karbonla işlənməsini də təklif edirlər. Əlbəttə ki, əlavə ödənişlə. Bentley Flying Spur W12 S modelinin rəsmi satışları ilin sonuna kimi başlanmalıdır. “Qaynar” sedanın qiyməti istehsalçı tərəfindən açıqlanmamışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt