Bentley şirkəti Mayamidə dünyada ilk firma yaşayış Bentley Residences göydələnini inşa edəcək. İki yüz apartamentdən ibarət olan kompleks Atlantik Okeanının sahilindəki Sanni Ayls Biç qəsəbəsində yerləşəcəkdir.
Bentley şirkəti əmlak sektorunda öz qüvvəsini sınayan ilk dəbdəbəli avtomobil isthsalçısı deyil. Bir müddət bundan öncə, Aston Martin şirkəti də əmlak sektoruna daxil olmuşdu. Şirkətin bir neçə maraqlı layihəsi var: Mayamidəki Aston Martin Residences qüllələri, Manhettendəki 130 William yaşayış kompleksindəki apartamentlər və ondan iki saatlıq məsafədə olan şəhərətrafı Sylvan Rock kompleksi. Bentley isə, Dezer Development inşaat şirkətinin və Sieger Suarez Architects memarlıq studiyasının dəstəyini alıb və onlarla birlikdə 60 mərtəbəli göydələni inşa etmək niyyətindədir.
Bentley Residences
Bina Atlantik okeanının sahilində Sanni Ayls Biç qəsəbəsində yerləşəcəkdir. Göydələnin dizayn layihəsi yerli ətraf mühiti qorunması üzrə Florida Green Building Council (FLGC) təşkilatı ilə razılaşdırılmışdır. Tikinti zamanı yalnız ekoloji cəhətdən təmiz materiallardan istifadə olunacaq, nəsli kəsilməkdə olan dəniz tısbağalarını qorumaq üçün həddindən artıq parlaq işıqlandırmadan imtina ediləcək və göydələn enerji istehlakını azaltmaq üçün layihələndiriləcəkdir.
Ümumilikdə, Bentley Residences qülləsində panoram pəncərəli 200 apartament olacaqdır. Hər mənzil ayrıca terasa, hovuza, sauna və açıq duşa sahib olacaqdır. Ancaq mənzilin əsas cəhəti bir neçə avtomobil üçün qaraj və onları qaldırmaq üçün xüsusi liftdir. Göydələndə mənzil alanlarının ixtiyarına idman zalı, kinoteatr, spa mərkəzi, viski-bar və restoran veriləcəkdir. Bonus isə - körfəzə və okeana açılan heyranedici görünüşdür.
Aston Martin Residences
Bentley Residences kompleksinin inşasına 2023-cü ildə başlanacaqdır. Kompleksin inşası 2026-cı ildə başa çatmalıdır. Qiymətlər hələlik açıqlanmayıb. Məsələn, Aston Martin Residences qüllələrindəki kondominiumlar üçün 600.000 – 50.000.000 dollar arasında vəsait tələb edirlər.