Bentley şirkətinin flaqmanı olan Flying Spur sedanı yeni daxili tərtibat elementinə sahib olub. Britaniya istehsalçısı bayraqdar sedanın arxa qapıları üçün üçölçülü naxışa malik olan ağac panellər təklif edir. 150 almaz hücrəsindən ibarət olan naxış Mulliner atelyesi tərəfindən hazırlanmışdır.
Hər bir panel bütöv ağac parçasından ibarətdir. Müştəriyə amerikan qoz ağacından və ya albalı ağacından birini seçimək təklif olunur. Üçölçülü naxış 0,1 millimetrlik dəqiqliklə çalışan çoxoxlu frezer dəzgahından istifadə edilərək yaradılır, son ştrixlər isə Mulliner ustaları tərəfindən əl ilə işlənilir.
Hazır panel təbii ağacın rəngini və toxumasını üzə çıxaran açıq hüceyrəli lak ilə örtülür. İstifadə ediləcək material diqqətlə seçilir: dəbdəbəli limuzinin salonu üçün nəzərdə tutulmuş kəsikdə düyünlər və ya qətran cibləri olmamalıdır.
İlk dəfə belə bir tərtibat elemennti Bentley tərəfindən 2015-ci ildə Cenevrə avtosalonunda nümayiş olunan EXP 10 Speed 6 konsept avtomobilində təqdim edilmişdi. Elementlərin almaz forması, Mulliner Driving Specification modifikasiyalarının sırıqlı oturacaqlarına işarə edir.
Eyni zamanda, Flying Spur sedanı üçün arxa qapılarının kartlarını üçölçülü naxışa malik olan dəri ilə də üzlətmək olar. Bu tərtibat elementi Kryudakı mənzil-qərargahın mütəxəssisləri tərəfindən yeni sedan üçün xüsusi olaraq hazırlanmışdır. Daha "təvazökar" variantlar da mövcuddur - hamar ağac və ya dəridən olan panellər.
Yeni nəsil Bentley Flying Spur modeli keçən yay təqdim edilib. Sedan 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki ilə təchiz edilmişdir. Yerindən 100 km/saat həddinə sürətlənməyə sedana 3,8 saniyə kifayət edir. Onun maksimal sürət saatda 333 kilometrdir.