Dəbdəbəli Bentley Flying Spur sedanı Styling Specification adlanan və karbondan hazırlanmış eksteryer elementlərinən ibarət olan kuzov dəstini əldə edib. Karbon dəstinin tərkibinə ön splitter, yan kandarlar, arxa diffuzor və baqaj qapağına bərkidilən spoyler daxildir.
Styling Specification dəstinin əsas vəzifəsi nümayəndəlik sedanına idman görünüşü verməkdir. Bütün elementlər parlaq lak ilə örtülmüş bir neçə qatdan ibarət olan karbon lifindən hazırlanıb. Materialı vahid hala gətirmək üçün , 2/2 sarja naxışını təşkil edən liflər bir istiqamətdə toxunublar.
Sedanın yan ətəkləri qalvanplasika üsulu ilə vurulmuş 3D üçölçülü Bentley nişanı ilə bəzədilib. Bu texnologiya səthi mümkün qədər hamar saxlamağa və qovuqcuqların yaranmasının qarşısını almağa imkan verir.
Bentley mühəndisləri kompüter simulyasiyalarından istifadə edərək, hər bir yeni elementin aerodinamik xüsusiyyətini, onların mühərrikin və əyləcin soyudulmasına necə təsir etdiyini, həmçinin səs-küy və tutrəyişlərin göstəricilərini hesablayıblar. Mütəxəssislər, dəstin yaradılması zamanı, onun avtomobilin sistemlərinə göstərdiyi təsiri minimuma endirilməyə çalışıblar.
Bundan sonra, karbon dəstinin quraşdırıldığı Flying Spur modelləri aerodinamik boruda və yollarda sınaqdan keçirilib: prototiplər 100 min kilometrdən çox məsafə qət ediblər. Testləri hazır hissələrin 3D-skanlanması ilə başa çatdırıblar.
Bentley Flying Spur Styling Specification modelinə sifarişlərin qəbuluna artıq başlanıb. Xatırladaq ki, bu ilin may ayında bənzər kuzov dəstinə Continental GT və Bentayga modelləri də sahib olublar.