Bentley şirkəti 57,7 milyard piksellik miqyaslanan şəkili dərc etmişdir. Bu şəkildə Bentley Flying Spur W12 S sedanı təsvir edilmişdir. Fotoşəkil Dubay limanında 264 metrlik hündürlükdən çəkilmişdir.
Şəkili böyüdülən zaman avtomobilin emblemini görmək mümkündür. Kamera Kayan qülləsində quraşdırılmışdır ki, bu qüllə də Dubayın ən yüksək binalarından biri sayılır. Xüsusi konstruksiya küləyin sürətinin 25 km/saat həddindən yuxarı olması halında belə, fotoaparatın tərpənmədən dayanmasını təmin edirdi. 58-giqapiksellik fotoşəklin yaradılmasına 48 saat və 1825 kadr sərf edilmişdir. Fotoşəklin diskdə yadda saxlanılması isə 18 saat sürmüşdür.
Keçən ilin iyununda Bentley şirkəti 53 milyard piksellik fotoşəkili təqdim etmişdir. Həmin fotoşəkildə San-Fransiskodakı «Qızıl qapılar» körpüsü və Mulsanne sedanı təsvir edilmişdi.