Son zamanlar demək olar ki, bütün avtomobil istehsalçıları buraxdıqları modelləri üçün tündləşdirilmiş eksteryer tərtibatını təklif edirlər. Özü də, avtomobilin hansı seqmentə aid olmasının elə bir fərqi yoxdur: “tündləşdirilmiş” avtomobil büdcə modeli də ola bilər, ultra dəbdəbəli də. Məsələn, götürək bu gün nümayiş etdirilmiş dəbdəbəli Bentley Flying Spur Blackline sedanını…

Artıq tündləşdirilmə texnologiyası Flying Spur Mulliner sedanı üçün də əlçatandır. Bu texnologiya sayəsində dəbdəbəli sedanın xarici görkəmi daha cəlbedici hala gəlir.

Bəs, Flying Spur Mulliner Blackline modeli nə ilə seçilir? Qısaca desək, əvvəllər avtomobilin eksteryerindəki parlayan bütün elementlər qara parlaq tərtibata malik olublar. Lakin bu, “qaranlıq tərəfə” tam keçid deyil - məsələn, ön qanadlardakı qara havalandırma barmaqlığı gümüşü kvadratlara və parlaq “Mulliner” yazısına malikdir.

Kapotdakı məşhur uçan “B” hərfi qara rəngdə olsa da, onun qanadları əvvəlki kimi bərq vururlar. Flying Spuer modelinin radiator barmaqlığında da qara rənglə xrom ilə birləşdirilib. Eyni şeyi 22-düymlük qara rəngli təkər diskləri barədə də söyləmək olar - disklər cilalanmış əlavələri ilə seçilirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qalan hər bir element - bamperdəki barmaqlıqdan və hava girişlərindən tutmuş güzgü gövdələrinə, pəncərə haşiyəsinə, qapı və fənərlərin tərtibatına  kimi, qara rəngdədir. Buna baxmayaraq, avtomobilin interyeri əvvəlki kimi qalıb - burada dəri, xrom və alüminium hökm sürür.

Eyni şeyi texniki hissə barədə də söyləmək olar. Flying Spur Mulliner Blackline modelləri V6 Hybrid, V8 və W12 mühərrikləri ilə sifariş oluna bilər. 

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.