Bu günə qədər Bentley markasının model xəttindəki avtomobillər arasında S indeksli “qaynar” versiyasına malik olmayan yeganə model Flying Spur sedanı idi. Bir il bundan əvvəl debüt etmiş Bentayga S modelinə bir müddət bundan öncə Continental GT S kupesi və Continental GTC S kabrioleti qoşulub. Bu gün isə, “qaynar” ailə Bentley Flying Spur S sedanı ilə tamamlanıb.
“Qaynar” Bentley sedanı da, S indeksli Continental GT modelləri və Bentayga krossoveri kimi, 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 benzin biturbo mühərriki ilə təklif olunur, lakin əgər kupe və kabriolet daha gurultulu səsi təmin edən orijinal buraxılış sisteminə malikdirlərsə, sedanda yalnız salonun ön hissəsinin səs izolyasiyasına yenidən baxıılıb.
Bundan əlavə, Bentley Flying Spur S modelini 2,9-litrlik V6 benzin və elektrik mühərrikindən ibarət olan hibrid güc qurğusu ilə də sifariş etmək mümkündür. Hibrid qurğunun hasilatı 544 at qüvvəsi və 750 Nm fırlanma anıdır. Xatırladaq ki, hələlik Continental GT modeli hibrid versiyada təklif edilmir.
Bütün S versiyalarında olduğu kimi, Flying Spur S sedanı da idman tənzimləmələri olan asqınə əldə edib. Üstəlik, V8 mühərrikli sedan 48-voltluq elektrik mühərrikləri ilə idarə edilən aktiv elektromexaniki stabilizatorları olan Dynamic Ride şassisi ilə təchiz edilir.
Bundan əlavə, Flying Spur V8 S modeli tam idarələnən şassiyə (standart model üçün opsiyadır) malikdir: onun arxa təkərləri 4,2 dərəcəyə qədər dönə bilirlər.
Zahiri cəhətdən, S-versiyaları adi modellərdən bolluca qara dekoru, tündləşdirilmiş işıqlandırma texnikası və qırmızı əyləc supportları ilə fərqlənirlər. Seçim olaraq, 21 və ya 22 düymlük təkər diskləri təklif edilir.
İnteryer tərtibatında dəri və zamşadan, habelə təzadlı əlavələrdən (rəngi seçmək olar) bol şəkildə istifadə olunur. Bundan başqa, Flying Spur S modeli virtual cihazlar panelinin özünəməxsus qrafikasına (“bərkgedən” Speed versiyasının üslubunda) sahib olib.
Bentley Flying Spur S sedanı, Continental GT S kupesi və Continental GTC S kabrioletinə sifarişlər artıq qəbul olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.