Bentley yenilənmiş model xəttini tamamilə formalaşdırıb və Flying Spur Speed sedanını təqdim edib. Sonuncu dəfə belə bir versiya sedanın birinci nəsildə mövcud idi. Speed versiyasının digər “Mahmızlardan” əsas fərqi aktiv stabilizatorlar, dönən arxa təkərlər və dartma vektoruna nəzarət sistemi ilə tamamlanan W12 mühərrikidir. Speed sedanı adi Flying Spur W12 versiyasını əvəzləyəcək və on iki silindrli mühərrikə malik son modellərdən biri olacaqdır.
Bu ildən etibarən Bentley yeni modifikasiya nomenklaturasından istifadə edir. Rahatlığı ilə seçilən versiyalar indi Azure adlanır, drayver versiyaları S hərfi ilə işarələnir, ən güclü və ən sürətli versiyalar isə, əvvəlki kimi Speed indeksini alır. Son vaxtlara qədər yalnız cari Flying Spur sedanının Speed versiyası yox idi, indi isə, model xətti tamamilə qaydaya salınıb.
Flying Spur Speed modelindəki 6,0-litrlik W12 biturbo mühərriki 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir və səkkiz pilləli ZF “robotu” ilə tandemdə çalışır. Sedan 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 333 km/saatdır. Digər göstəricilər isə, Speed indeksi olmayan W12 modelləri ilə eynidir.
Elektromexaniki stabilizatorlar və dönən arxa təkərlər, tam ötürmə sistemi Speed versiyasının standart təchizata daxildir. Əyləclərin köməyi ilə dartma vektoruna nəzarət sistemi də mövcuddur, özü də, əyləc mexanizmləri Continental GT modelindən götürülüb: öndə 420x40 millimetrlik disklər və 10-porşenli supportlar quraşdırılıb.
Vizual olaraq Speed versiyası tündləşdirilmiş radiator barmaqlığı, ön və arxa fənərləri ilə seçilir. Əlavə ödəniş qarşılığında, “idman dizaynlı” 22-düymlük disklərini, habelə Blackline Specification və Styling Specification paketlərini sifariş etmək olar. Sonuncuya ön splitter, yan ətəklər, diffuzor və baqaj qapağındakı spoyler daxildir - bütün bu elementlər karbon lifindən hazırlanır.
Salonun üzlənməsində Dinamica Pure mikrofiberindən istifadə olunur ki, bu da sadə Dinamica mikrofiberindən təkrar emal edilmiş materiallaardan alınan polyester liflərinin yüksək tərkibi ilə fərqlənir (hər m² üçün 45% əvəzinə 73%). Liflər sənaye tullantılarından, köhnə paltarlardan və plastik butulkalardan əldə edilir.
Dəri üzlüklərin mümkün variantlarının sayı 5-dən 15-ə qədər artırılıb, virtual cihazlar panelinin qrafikası yenilənib. Flying Spur Speed sedanının standart təchizatına qızdırılma, havalandırma və masaj funksiyaları olan oturacaqlar, həmçinin idman pedalları daxildir.
Bentley Flying Spur Speed sedanının əsas bazarları Avropa və Amerika olacaqdır - ümumi satışların üçdə birinin bu bazarların payına düşəcəyi gözlənilir. Bu arada, Yaxın Şərqdə sifariş edilən hər beşinci Flying Spur sedanı Speed versiyasında olmalıqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.