Mulliner atelyesi Bentley Manchester diler şirkətinin sifarişi əsasında yeganə nüsxədə inşa olunmuş Private White V.C. Bentayga krossoverini nümayiş etdirib. Krossover Birinci Dünya Müharibəsinin qəhrəmanı və Britaniyanın ən yüksək hərbi mükafatı - Viktoriya Xaçının sahibi sıravi Cek Uayta həsr olunub.

O, 1917-ci il martın 7-dən 8-nə keçən gecə üzərinə mis telefon naqilini sarıyaraq, kapitan S.Pattersonun və 60 nəfərlik batalyonun yerləşdiyi pontonu üzərək dartdığına görə təltif edilib. Uayt bütün bunları intensiv pulemyot atəşi altında həyata keçirib.

Hərbi xidməti başa vurduqdan sonra, Cek doğma Mançesterə qayıdıb və palto tikişi fabrikində kəsici-stajor kimi işə düzəlib. O, tədricən baş direktor vəzifəsinə qədər yüksəlib və bir neçə ildən sonra müəssisənin yeganə sahibinə çevrilib.

Uayt, Müttəfiq qüvvələri pambıq trençlərlə təchiz edib və Müdafiə Nazirliyinin sifarişi ilə RAF pilotları üçün suya davamlı parkaları istehsal edib. COVID-19 pandemiyası zamanı Private White V.C. şirkəti Səhiyyə və İnsan Xidmətləri Departamentinə öz xidmətlərini təklif edib və ölkənin ən böyük tibbi xalat və cərrahi maskaların istehsalçısı olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mulliner atelyesi Uaytın şücaətini yenidən xatırlatmaq üçün, Bentayga Azure modelini çoxlu mis aksentlərlə bəzəyib. Oturacaqların üzlənməsi hərbi geyimlərin üslubunu və funksionallığını əks etdirmək üçün nəzərdə tutulub.

Başlıqlara Victoriya Xaçı tikilib, yastıqlar isə, lankaşir hörülməli kaşmir parçadan hazırlanıb ki, bu parçanın naxışı Uaytun yorğanındakı alay zolağına işarə edir. Həmçinin krossoverin interyerində Cottenham House fabrikinin siluetini və Private White V.C.şirkətinin qeyri-rəsmi maskotu olan bulldoq şəklində tikmə-naxışları görmək mümkündür.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.