Bentley markasının rəhbəri Ədrian Hollmark dəbdəbəli avtomobil istehsalçısının illik satışları artırmağa çalışmadığını etiraf edib. 2007-ci ildən bəri, Bentley şirkəti ildə təxminən 10 min avtomobil istehsal edir və markanın rəhbəri bu rəqəmin artmayacağını bildirib. Britaniya istehsalçısı daha yüksək mənfəəti başqa yollarla əldə etməyə çalışacaqdır.
Britaniyanın “Autocar” dərgisinə müsahibə verən Ədrian Hollmark, 13 il ərzində illik 10 min avtomobilin buraxılmasının düşünlümüş bir strategiyaı olduğunu və 2019-cu ildə 2018-ci ilə nisbətən satışların beş faiz artmasının təsadüfdən başqa bir şey olmadığını vurğulayıb.
“Biz ildə 15.000 və ya hətta 13.000 avtomobil istehsal etməyi hədəfləmirik. Mənfəət, buraxılış tirajını artırmaqla deyil, satılan hər bir avtomobilin gəlirliliyini artırmaqla əldə edilə bilər”, - Hollmark qeyd edib. Avtomobil istehsalçısı üçün maksimum opsiyalara malik olan modifikasiyaların satılması daha sərfəlidir.
Rekord gəlirliliyi Ferrari modelləri nümayiş etdirirlər - son iki ildə italyan markası qlobal bazarda satılan hər bir superkardan 86 min avrodan çox qazanc əldə edib. Porsche şirkətinə ən çox qazandıran model yeni 911 sportkarıdır. Bentley isə Continental GT kupesindən ən çox gəlir əldə edir.