Bentley şirkətinin Orlando (ABŞ, Florida ştatı) şəhərindəki diler mərkəzi və Mulliner atelyesi kosmos mövzüsuna toxunan Bentayga Speed krossoverinin xüsusi versiyasını yaradıblar. Krossoverin kuzovunu birinci nəsil Continental GT modelindən tanış olan tünd-boz Cypress rənginə boyayaraq, qara rəngli Blackline Specification dekoru və narıncı haşiyələri ilə bəzəyiblər. Ön paneli Galaxy Stone kvarsit şisti ilə üzləyib, kandarlara isə Günəş sisteminin təsviri olan metal örtmələri vurublar.
“Kosmik” Bentley Bentayga Speed krossoveri Britaniya markasının müştərilərindən birinin sifarişi ilə yaradılıb. Avtomobil yaşıl çaları olan tünd-boz Cypress rənginə boyanıb ki, bu da ona daşla bənzərlik bəxş edir. Eksteryerdəki bütün xrom elementlər Blackline Specification paketindən olan qara analoqları ilə əvəzləniblər, karbonplasikdən detalların yerləşdiyi kuzovun aşağı hissəsində seçilən narıncı Orange Flame zolağı çəkilib.
Salonda Günəş sisteminin təsviri olan işıqlandırılmış kandar lövhələri, narıncı aksentləri (tikişlər, loqotiplər və sükan çarxının mərkəzi qolu), habelə kvarsit şisti ilə üzlənmiş ön paneli və qapı kartlarını görmək olar. Oturacaqlar iki rəngdə dəri ilə üzlənir: qara Beluga və boz Porpoise. Naim for Bentley audio sisteminin dinamikləri tutqun rəngli barmaqlıqlarla örtülüb. Seçimlərin əksəriyyəti Mulliner Personal Commissioning Guide kataloqundan götürülüb, lakin bir sıra elementlər xüsusi olaraq krossover üçün hazırlanıb.
Krossover 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən iki turbomühərriki və aşağı yükləmələr zamanı silindrlərin söndürülməsi sistemi olan 6,0-litrlik W12 mühərriki ilə hərəkətə gəlir. Mühərrik 8-pilləli ZF “avtomatı” ilə tandemdə çalışır. Krossover mərkəzi Torsen differensialı və elektron kilidli arxa diferensialla təchiz olunur. Ötürmə, əlbəttə ki, tamdır. Bentley Bentayga Speed modeli 100 km/saat həddinə sürətlənməyə 3,9 saniyə sərf edir. Krossoverin maksimal sürəti 306 km/saatdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.