Bentley öz modelləri üçün hazırladığı dəbli tutqun boyaları təqdim edib. 2023-cü il Bentley avtomobillərinin fərdiləşdirmə proqramı üçün rekord ili olub, Britaniya brendinin müştərilərinin 75 faizi Mulliner mütəxəssislərinin xidmətlərindən istifadə ediblər. Auditoryanın istəklərini nəzərə alan Britaniya istehsalçısı, kuzov üçün nəzərdə tutulmuş tutqun boya çeşidini 15 unikal rəng seçiminə qədər genişləndirib. Palitrada hər zövqə uyğun - klassik və zərif tonlardan tutmuş daha cəsarətli və müasir rənglərə qədər, - geniş çeşiddə boya seçimi var.
Bentley hazırda 15 tutqun rəng təklif edir. Boya əl ilə vurulur - avtomobil əl ilə cilalanır, təmizlənir, səthi işlənir, sonra tozdan təmizlənir və yenidən yuyulur, daha sonra mükəmməl və rəvan satin səthi əldə etmək üçün əl ilə iki mərhələdə şəffaf lak ilə örtülür. Gələcəkdə Bentley avtomobillərindəki bütün tutqun boyalar tikintisi 2025-ci ildə tamamlanması nəzərdə tutulan yeni ən müasir boya sexində vurulacaqlar.
Tutqun boyadan örtüklər işıq hissəcikləri ilə qarşılıqlı əlaqəyə görə unikaldırlar - onlar işığı parlaq boya kimi əks etdirmək əvəzinə avtomobilin səthinə səpələyirlər. Bu isə, satin örtüyün Bentley avtomobillərinin cizgilərini parlaq boyanın edə bilməyəcəyi şəkildə vurğulayacağından xəbər verir. Müştərilər təklif olunan on beş rəngdən başqa, Mullinerin dizayn komandasının köməyi ilə yaradacaqları tamamilə fərdi tutqun çaları da seçə bilərlər.
Boya palitrasına Anthracite Satin, Royal Ebony Satin, Storm Grey Satin, Light Sapphire Satin, Sequin Blue Satin, Topaz Blue Satin, Orange Flame Satin, Alpine Green Satin, British Racing Green Satin, Candy Red Satin, Cricket Ball Satin, Extreme Silver Satin, Light Grey Satin, Arctica Satin və Old English White Satin çalarları daxildir. Bentley tutqun rəngləri brendin bütün modelləri - Continental GT, Continental GT Convertible, Bentayga, Bentaya Extended Wheelbase və Flying Spur üçün əlçatan olacaq. Satın boyalar bu yaxınlarda təqdim edilmiş Bentley Mulliner Batur Convertible modelinin alıcıları üçün də əlçatandır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.