Bentley şirkətinə məxsus olan Mulliner atelyesi eksklüziv eksteryer və interyer tərtibatı olan Continental GT kupesinin yeni dəbdəbəli versiyasını hazırlayıb. Yeni versiyabı 22 sentyabrda Britaniyanın Blenheym sarayında keçiriləcək Salon Privé avtosalonunda Bentley Mulliner Bacalar modeli ilə birlikdə nümayiş etdirəcəklər.
Eksklüziv Bentley Continental GT modeli gümüşü Double Diamond radiator barmaqlığına və ön qanadlardakı havalandırma dəliklərinə malikdir. Dəbdəbəli model iri gövdəsi olan arxa görüntü güzgüləri, kandarların işıqlandırılması və Mulliner emblemləri ilə seçilir. 22-düymlük doqquz qollu təkər disklərinin mərkəzində hər zaman şaquli vəziyyətdə duran Bentley nişanı quraşdırılıb.
Salon tərtibatında, biri kuzovun rəngini əks etdirən iki çalardan, oturacaqlara, qapı kartlarına və panelə vurulmüş seçilən Diamond in Diamond tikişləindən istifadə edilir. Bundan başqa, Bentley palitrasından olan səkkiz müxtəlif üçrəngli tərtibatı da sifariş etmək mümkündür.
Salon tərtibatında tətbiq edilən hər bir romb 712 ayrı tikişarasından hazırlanır. İnteryeri tam tərtib etmək üçün ustalar təxminən 400.000 tikişarası hazırlayıblar - bu işə bir il yarım vaxt sərf edilib. Mərkəzi konsoldakı romblar olan ornament almaz frezeri ilə kəsilib. Mərkəzdə analoq saatı yerləşir və panelin sərnişin tərəfində isə avtomobil silueti və Mulliner atelyesinin "imzası" həkk edilib.
Continental GT Mulliner modeli üçün iki güc aqreqatından birini seçmək olar: 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6.0-litrlik W12 və ya 550 at qüvvəsi və 770 Nm fırlanma anı təklif edən 4.0-litrlik V8 mühərriki. Hər iki mühərrik səkkiz pilləlii "robot" və tam ötürmə sistemi ilə birlikdə çalışır. Standart olaraq, kupe yana əyilmələrin qarşısını alan və 48 voltluq şəbəkədən qidalanan Bentley Dynamic Ride sistemi ilə təchiz edilir.