Artıq məlum olduğu kimi, Bentley şirkətinin Mulliner bölməsi 21 avqust tarixində növbəti eksklüziv avtomobilini təqdim etməyə hazırlaşır. Eksklüziv qrand turer Montereydə keçiriləcək Avtomobil həftəsində nümayiş etdiriləcəkdir. Bu, Bacalar rodsterinin ideya varisi olan Batur qrand tureridir.

Yeni avtomobili İndoneziyanın Bali adasındakı Batur gölünün şərəfinə adlandırıblar. Bu göl dünyanın ən böyük su hövzələrindən biridir: onun dərinliyi 88 metr, sahəsi isə 16 kvadrat kilometrdir. Bentley şirkətindən Batur modelinin Britaniya markasının tamamilə yeni dizayn üslubunun ilk daşıyıcısı olduğunu bildiriblər. 

Bu gün Mulliner Batur modelinin növbəti tizerini dərc edən Britaniya istehsalçısı onun haqqında müəyyən məlumatı da açıqlayıb. Birincisi, Batur modeli kupe kuzovuna malik olacaqdır. İkincisi, o, rekord gücə və fırlanma anına malik olan W12 mühərrikini və qabaqcıl şassi sistemini alacaqdır.

Eyni zamanda, Batur sifarişçisinə maksimal səviyyədə yaradıcılıq və fərdiləşdirmə imkanları təqdim edəcəkdir. Onun tərtibatında təbii liflərdən hazırlanış kompozitdən, aşağı CO2 tullantıları səviyyəsinə malik olan dəridən, hətta 18-karatlıq qızıldan istifadə olunacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.