Bentley Mulsanne sedanın cari nəslinin tam elektrik mühərriki ilə hərəkətə gələn modifikasiyası buraxıla bilər. Bu barədə “Autocar” nəşrinə məlumatı Britaniya markasının satışlar üzrə direktoru Hans Holzqartner bildirmişdir. Onun sözlərinə görə, Bentley rəhbərliyi bu məsələni, Çin hökumətinin avtomobillərin zərərli tullantılarına olan tələbləri növbəti dəfə sərtləşdirməsi barədə niyyətini bildirməsindən sonra müzakirə etməyə başlamışdır.
“Hal-hazırda, Çinın bir sıra şəhərlərinin bazarında qalmaq üçün yeganə çıxış yolu tamamilə elektrik sedanın yaradılmasıdır” – söyləyən yüksək səviyyəli menecer məsələyə aydınlıq gətirmişdir.
Bundan başqa Holzqartner Mulsanne modelinin elektrik variantının zərərli tullantıların azaldılmasını dəstəkləyən yerli hakimiyyət orqanlarının olduğu Avropa ölkələrində də satılacağını da bildirmişdir. Bir müddət bundan əvvəl, Bentley şirkət 6,75-litrlik iki turbokompressorlu səkkiz silindirli mühərrikdən imtina etmək fikrində olduğunu bildirmişdir. Bu barədə məlumatı Britaniya istehsalçısının rəhbəri Volfqanq Dürhaymer vermişdir. Onun sözlərinə görə, hazırki Mulsanne modeli 6,75-litrlik mühərrik üçün sonuncu «mənzil» olacaqdır.
Bentley şirkətinin yüksək vəzifəli rəhbəri bayraqdar sedanın növbəti nəslinin on iki silindirli mühərriklə təchiz ediləcəyini bildirmişdir. Bununla belə, Dürhaymer yeni mühərrik haqqında məlumat verməkdən imtina etmişdir.