Dəbdəbəli Bentley Mulsanne sedanının son nüsxəsi Kryudakı zavodda istehsal edilib. Bundan sonra Britaniya markasının flaqmanı rolunu Flying Spur sedanı ifa edəcəkdir. Bentley şirkətində baş verənlər "bir dövrün sonu" adlandırırlar: Mulsanne sedanı on ildən çox istehsal edildikdən sonra tarixə qovuşur. Bu müddət ərzində, ümumilikdə, 7,300-dən çox Mulsanne modeli buraxılıb.
Lakin, Bentley şirkətinin yayımladığı şəkillərdə son avtomobil təsvir edilməyib. Rose Gold və Tungsten rənglərinin birləşməsinə boyanan xüsusi seriyadan olan Mulsanne Speed 6.75 Edition sedanı Kryuda istehsal edilmiş sedanların sondan axırıncı nüsxəsidir və onun sahibi var. Bu avtomobil ABŞ-a göndəriləcəkdir. Sonuncu Mulsanne sedanını isə şirkət hələlik gizlətməyə üstünlük verib: onun gələcək yaşayış yerinin sirr olduğu rəsmi şəkildə elan edilib.
Bentley Mulsanne modeli 2009-cu ildə Pebbl Biçdə keçirilən Zəriflik müsabiqəsində debüt edib. Üç il sonra sedan Mulliner atelyesi tərəfindən hazırlanmış xüsusi tərtibatı əldə edib və 2015-ci ildə isə daha güclü 6.75-litrlik V8 mühərriki ilə təchiz edilmiş, yenidən tənzimlənmiş asqıya və sükan mexanizminə, həmçinin bir qədər dəyişdirilmiş eksteryerə malik olan Mulsanne Speed modifikasiyası təqdim edilib. Bir il sonra, model yenilənmədən keçib və 250 millimetr uzadılmış təkər bazasına malik olan Mulsanne EWB modifikasiyası debüt edib.
Maraqlıdır ki, flaqman sedanı ilə birlikdə tarixin arxivinə onun təchiz edildiyi və 60 ildən çoxdur ki istehsal olunan əfsanəvi 6.75-litrlik V8 mühərriki də göndərilir. Qarşıdakı illərdə eyni aqibətlə 6,0-litrlik W12 mühərriki də üzləşəcəkdir.
Rəsmi olaraq, Britaniya markasının flaqman modeli indi populyar Bentayga krossoveri deyil, Flying Spur sedanı hesab ediləcəkdir. Lakin, şayiələrə görə, bu on illiyin ortalarına qədər Bentley şirkəti yeni və daha iri krossoveri hazırlamaq niyyətindədir, Ölçülərinə görə Bentayga modelini üstələyəcək bu ofrouder, Britaniya markasının yeni flaqmanı olacaqdır.