Bentley şirkəti "Nürburqrinqin 24 saatı" marafonuna həsr etditiyi xüsusi seriyadan olan Continental GT modelini göstərmişdir. Bentley Continental 24 adını almış xüsusi modifkasiya 700 at qüvvəli Supersport modelinin əsasında hazırlanmışdır.
Xüsusi seriyadan olan kupe məhdud tirajla buraxlacaqdır. Dəbdəbəli avtomobillər istehsalçısı cəmi 24 belə avtomobil istehsal etmək niyyətindədir. Bentley Continental 24 modelinin kuzovu qara-qırmız və yaxud qara-sarı rəngə boyanacaqdır. Belə tərtibatın əsas səbəbi yarışlarda iştirak edən Continental GT3 modelinin rəng sxemidir. Xüsusi modifikasiya, həmçinin, 21-düymlük təkər disklərinə və yan güzgülərin karbondan hazırlanmış gövdələrinə sahib olacaqdır.
Kupenin salonu da eksteryerin rənginə uyğun tərtib edilir. Salondakı işləmələr kuzovun rəng sxeminə əsasən sarı və yaxud qırmızı ola bilər. Bundan əlavə, oturacaqların başlıqlarına xüsusi seriyanın adı həkk edilir. Salonun tərtibatında alkantara və karbondan istifadə edilir və seçilən tikişlər vurulur.
Artıq bildiyimiz kimi, kupe 6,0-litrlik W12 mühərriki ilə hərəkətə gəlir. Yeni yüksək məhsuldarlıqlı turbokompressorları və təkmilləşdirilmiş soyutma sistemini tətbiq edərək mühərrikin gücünü 700 at qüvvəsinə, fırlanma anını isə 1017 Nm-ə yüksəltməyə müvəffəq olmuşdurlar. Yeni güc xarakteristikaları avtomobilin yerində 100 km/saata sürətlənməsini 0,4 saniyə daha yeyin etmişdirlər. Artmış dinamik göstəricilər, Bentley mühəndislərini avtomobilin əyləc sistemini də yenidən nəzərdən keçirməyə məcbur etmişdir.
Bentley Continental Supersports modeli yaxşılaşdırılmış soyutma sisteminə malik olan güclü karbon-saxsı əyləc mexanizmləri ilə təchiz edilmişdir. Şirkət nümayəndədləri Conti Superspors modelini dünyada ən iri əyləc disklərinə malik olan avtomobil adlandırırlar.