Bentley şirkəti «Payks Pik» yarışında iştirak edəcək Bentayga ofroderini nümayiş etdirib. Bu qeyri-rəsmi olaraq "Buludlara doğru yarış" adını daşıyır. Avtomobilin sükanı arxasına Ris Millen oturacaqdır. O, iki dəfə ümumi birincilikdə və 14 dəfə öz sinifində qalib gəlib.
156 döngəsi olan mürəkkəb trass üçün Bentayga modelini Bentley Motorsport bölümü hazırlayıb. Yarışın reqlamentə uyğun olaraq, "seriya" sinifində qalmaq üçün ofroder minimum təkmilləşdirmələr alacaqdır.
Bunların arasında təhlükəsizlik karkası, quraşdırılmış yanğınsöndürmə sistemi, yarış oturacaqları və təhlükəsizlik kəmərləri, həmçinin Akrapovic səs sistemidir. Avtomobilin mühərriki dəyişilməz qalıb.
"Buludlara çıxacaq" krossover 608 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki ilə təchiz ediləcəkdir. Bentayga pnevmatik asqını, tam çəkiş sistemini və 48-voltluq şəbəkədən qidalanan aktiv köndələn dayanıqlılıq stabilizatorlarını qoruyub-saxlayacaqdır.
Hazırda Payks Pikin ən sürətli seriya ofroderi Range Rover Sport modelidir. 510 at qüvvəli ofroder 2013-cü ildə 156 döngəsi olan 20-kilometrlik trassı 12 dəqiqə 35,51 saniyəyə qət etmişdir.