Bentley şirkəti yeni məhsulunu - Black Edition modifikasiyasında olan Bentayga S krossoverini nümayiş etdirib. O, kuzovun qara rəngi, tünd dekoru və unikal tərtibata malik olan firma emblemi ilə seçilir - sonuncu şirkətin 105-illik tarixində ilk dəfə olaraq qara rəngə boyanıb. Eksteryerin belə tərtibatı müştərilərə bir neçə variantda təklif olunan parlaq vurğularla tamamlanır. Avtomobil, həmçinin interyer tərtibatının unikal rəng sxeminə malikdir. Texniki cəhətdən Bentayga S Black Edition versiyası standart krossoverdən heç də fərqlənmir.

Kuzovun tutqun qara rəngi Mandarin, Signal Yellow, Klein Blue, Pillar Box Red, Ice və Hyper Green parlaq çalarlarında vurğular ilə tamamlanır - Styling Spectrum kuzov dəstində bu zolaqları ön bamperin və yan ətəklərin alt hissəsində, eləcə də arxa spoylerin üst hissəsində, 22-düymlük təkər disklərində və əyləc supportlarında görmək olar. Bununla belə, Bentley Wings “qanadları” və nişanlar da daxil olmaqla, kuzovun bütün tərtibat elementləri qara rəngdədir.

Bentley şirkətinin dizaynerlər komandası yeni Bentayga S Black Edition krossoverinin interyeri üçün, qara Beluga dərisi ilə təzad təşkil edən parlaq aksentlər olan unikal rəng sxeminı işləyib hazırlayıb. Avtomobilin üzərindəki effektiv vurğu rəngləri salona da köçürülüb - burada seçilən tikişlər və haşiyələr, habelə eksteryerdəki aksentlərin rəngində olan dəridən tərtibat bir dəstdə birləşir. Hər bir oturacaqda qara rəngli S tikmə-naxışı var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ön panel, mərkəzi konsol və digər elementlərdə Black Edition nişanı üçün fon kimi xidmət edən dərin üçölçülü naxışlı yeni karbon lifindən istifadə olunub.

Yeni Dark Chrome paketi standart təchizata daxil edilib, ona görə də interyerin metal hissələrinin əksəriyyəti - havalandırma deflektorları, idarəetmə orqanaları və mərkəzi hava dəlikləri xromdan deyil, parlaq qara rəngdə tərtibata malikdirlər.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.