Bentley şirkəti lüks Britaniya brendin bütün mövcud olan modellərinin alacağı yeni Azure seriyasını təqdim edib. Azure seriyasına Continental GT kupesi, Continental GT Convertible, Flying Spur sedanı, Bentayga krossoveri və onun EWB prefiksi ilə uzunbazalı versiyası daxil olacaqdır. Xüsusi Azure seriyası “bərkgedən” Speed versiyasının əksi olacaq, sürət və idman xüsusiyyətlərinə deyil, rahatlıq və təhlükəsizliyə üstünlük verənlər üçün nəzərdə tutulub.
Daha əvvəl Azure adı Bentley tərəfindən 1995-2003-cü illərdə buraxılmış və 6,75-litrlik V8 mühərriki ilə təchiz edilmiş dörd yerlik kabriolet üçün istifadə olunmuşdu. Ümumilikdə, modelin iki nəsli buraxılmış və 1,4 mindən bir qədər çoxbentley Azure kabriolei yığılmışdı.
İndi isə, Azure ticarət nişanı ultra-komfortlu avtomobillər seriyası üçün yenidən canlandırılıb. Bentley model xəttindəki bütün avtomobiullər xüsusi seriyadan olan versiyalara malik olacaqlar. Azure seriyasının başlıca xüsusiyyəti həm sürücü, həm də sərnişinlər üçün artan rahatlıq olacaq: oturacaqlar üçün tənzimləmələrin maksimal sayı nəzərdə tutulub, interyer sakit rənglərdə hazırlanır, dekorasiyada ənənəvi materiallardan istifadə olunur.
Azure Range seriyasından olan avtomobilləri 22 düymlük təkər diskləri və kandar örtmələri sayəsində tanımaq olar. Bundan başqa, oturacaqların kürək hissəsindəki müvafiq emblemlər və loqotiplər avtomobilin xüsusi seriyaya aid olduğunu göstərir. Texniki fərqlər arasında - sakit və rahat gedişi təmin edən aktiv stabilizatorları və sazlamaları olan asqı var. Azure seriyasından olan beş Bentley modelininin hamısına sifarişlər artıq qəbul olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.