Bentley şirkətinə məxsus olan Mulliner atelyesi, "dünya miqyaslı ulduzun" sifarişi ilə Flying Spur V8 sedanının xüsusi versiyasını hazırlayıb. Müştərinin adı açıqlanmır, ancaq kapotdakı maral maskotundan və naviqasiyaya yazılmış "yaramaz uşaqların siyahısı" söhbətin Santa Klausdan getdiyini göstərir.
Bentley Flying Spur V8 modelinin xüsusi bayram versiyası, Santa Klausun xizəyinə qoşulan klassik səkkiz maralın şərəfinə Reindeer Eight adlandırılıb. Sedan, Mulliner bölməsinin genişləndirilmiş palitrasından olan Cricket Ball emalının əsasında hazırlanmış Cricket Bauble (küknar ağacına asılan qırmızı oyuncaq-şar) metallik rənginə boyanıb. Kuzovun aşağı hissəsinə həndəsi qradient naxışı vurulub.
Avtomobilin kapotunun üzərində adi Flying B fiquru əvəzinə, 3D printerdə çap olunmuş qızıl maral fiquru yerləşdirilib. Kapotdakı zolaq, ön qanadlardakı "qələsəmələr" və ön təkərlərin yaxınlığındakı Reindeer Eight nişanları da qiymətli metal ilə işləniblər. Yan tərəflərdəki incə haşiyə xətti əllə çəkilmişdir.
Avtomobilin gələcək sahibi ilin sonuna qədər 41 milyon mil (təxminən 66 milyon kilometr) qət etməli olacaqdır, buna görə də Mulliner "Mahmızın" aerodinamikası üzərində yüngül şəkildə işləyib. Sedanın ön və arxa hissələrində karbondan diffuzorlar, yan ətəklər və spoyler quraşdırılıbdır - bu elementlərin hamısı seçilən qızılı rəngdədirlər. Kəsişən qarlı zirvələri təsvir edən almaz tərtibatlı 22-düymlük təkər diskləri bütün mövsümlər üçün şinlərlə təchiz edilib. Bayram avtomobilinin salonu Cricket Bauble rəngli adi və 3D-dərisi ilə bəzədilib, parlaq qara dekor elementlərində "qış gecəsi səhnəsi" əks etdirilir.
Reindeer Eight modelinin oturacaqları uzun səyahətlər zamanı maksimum rahatlığı təmin etməlidir. Onlar qızdırılma, havalandırma, yan dəstəklərin və yastığım bucağının tənzimlənməsi ilə təchiz olunublar. Çapraz tikişlərin edilməsi üçü 18 saat sərf olunub - bunun üçün 11.100 fərdi tikiş və 115 metr iplik tələb olunub ki, bu da Elizabeth Tower (əvvəllər Big Ben) qülləsinin hündürlüyünə bərabərdir.
Dönən üçbucaqlı Bentley Rotating Display yerində qalıb. Əvvəlki kimi, düymənin köməyi ilə 12,3-düymlük sensorlu ekranı, analoq alətlər üçlüyünü və ya adi ağac paneli seçmək olar. Naviqasiya sistemində müştəri üçün faydalı bir yenilik - "yaramaz uşaqların siyahısı» peyda olub.
Avtomobilin texniki cəhətdən dəyişməsi barədə məlumat verilməyib. Bu isə, Bentley Flying Spur V8 Reindeer Eight modelinin kapotunun altına 550 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərrikinin yerləşdiyindən xəbər verir. Güc qurğusu səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmə - ön oxu qoşma muftası olan tam çəkiş sistemidir.Dəbdəbəli sedan 100 km/saat həddini 4.1 saniyəyə toplayır. Onun maksimal sürəti 318 km/saatdır.
Bentley Flying Spur V8 modelinin avadanlıq siyahısına yayların sərtliyini tənzimləməyə imkan verən adaptiv Bentley Dynamic Ride asqısı, 48 voltluq şəbəkədən çalışan opsional aktiv köndələn dayanıqlılıq sistemi və tam idarələnən şassi daxildir.