Bentley şirkəti səkkiz unikal Bacalar Roadster barkettasını nümayiş etdirib. Kiçik seriya ilə buraxılan barkettalar artıq müştərilərə təhvil veriliblər. Qalan dörd nüsxə isə, Mulliner emalatxanasında əl ilə yığılmanın son mərhələsindədir.

Bentley şirkətinə hər bir avtomobili hazırlamaq üçün təxminən altı ay vaxt lazımdır, 12 nüsxənin yığılmasına isə, ümumilikdə 30 ay vaxt gərəkdir. Yaxın gələcəkdə Bentley şirkətinin Coachbuilt bölməsi ikinci eksklüziv modelini, ola bilsin ki, Bentayga kabrioletini nümayiş etdirsin.

İki eyni Bentley Bacalar modeli olmayacaq - on iki avtomobildən hər biri üçün unikal kuzov rəngi seçilib. Qrup şəklində altı rodster göstərilir, oxra rəngində olan yeddinci nüsxəni isə, ayrıca çəkiblər. Xatırladaq ki, ilk müştəri avtomobili parlaq sarı rəngə boyanmışdı - Bacalar barkettasının hekayəsi 2020-ci ilin martında məhz həmin nüsxə ilə başlamışdı.

Texniki cəhətdən Bentley Bacalar rodsteri Continental GT kabrioletinə yaxındır, lakin 6,0-litrlik W12 mühərrikinin gücü 635-dən 659 at qüvvəsinə artırılıb, ötürmələr qutusu isə, yenidən sazlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, Bacalar hər hansı digər Bentley modelindən fərqli olaraq, dəyişdirilmiş iki yerlik salona və daha çox fərdiləşdirmə seçimlərinə malikdir. Bacalar barkettasının orijinal kabrioletdən 6,5 dəfə baha olduğu bildirilir. Onun qiyməti sadəcə 1,5 milyon funt sterlinqdən başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.