Bentley Batur Convertible rodsteri 16 nüsxədən ibarət məhdud sayda istehsal ediləcək. Hər bir avtomobil müştərinin zövqünə uyğunlaşdırılacaq və 6,0-litrlik W12 biturbo mühərriki ilə təchiz ediləcək. Yayda istehsalı dayandırılacaq mühərrik 750 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir - bu, digər Bentley modellərində olduğundan daha çoxdur. Batur kupesində olduğu kimi, açıq avtomobildə də səkkiz pilləli iki muftalı “robot” və tamamamilə titandan hazırlanmış buraxılış sistemi quraşdırılacaq.

Bununla belə, Batur Convertible modelinin əsas cəhəti, əlbəttə ki, fərdiləşdirmə imkanlarıdır. Məsələn, kuzov rənglərinin seçimi Mulliner palitrası ilə məhdudlaşmır, xüsusi boyanmanı və hətta əl ilə çəkilən qrafikanı ehtiva edir.

Demək olar ki, hər şey fərdiləşdirilə bilər - damdan tutmuş oturacaqların arxasındakı hava yönləndiricilərindəki Airbridge örtmələrinə qədər. Müştərinin istəyi ilə xarici dekor tünd və ya açıq, parlaq və ya tutqun səthlə ola bilər. Radiator barmaqlığı üçün isə, ombre effekti ilə boyanma təklif ediləcək - bu halda bir rəngdən digərinə hamar keçid təmin olunur.

Batur Convertible modelinin ilk nümayiş nüsxəsi parlaq lak iklə örtülmüş karbonplastik elementlər ilə tamamlanan iki rəngli Vermillion Gloss/Vermillion Satin boyanma sxeminə malikdir. Radiator barmaqlığının Gloss Dark Titanium rəngində çərçivəsi,  mərkəzdə Beluga Black rəngindən yan tərəfdəki parlaq Vermillion Gloss rənginə qədər uzanan ombre naxışlı tor ilə birləşdirilib.

Kapotdakı xətlər və 22 düymlük təkər diskləri də həmçinin Gloss Dark Titanium rənginə boyanıblar. Salon, öz növbəsində, Birmingem zərgərlik məhəlləsinin sənətkarları ilə birlikdə yaradılan çəhrayı rəngli detallarla bəzədilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Məhdud buraxılışlı rodster Coachbuild proqramı çərçivəsində yaradılmış üçüncü Bentley Mulliner modelidir. Yeni məhsul Bali adasındakı Kintamanidəki Batur vulkanik krater gölünün şərəfinə adlandırılıb. Bildiyiniz kimi, Bentley yer adlarını çox sevir. Buna görə də Bentayga krossoveri Qran Kanariyadakı qaya silsiləsinin, Bacalar barkettası isə, Meksikanın Yukatan yarımadasındakı gölün adını daşıyır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.