Bentley şirkəti Batur qrand turerinin resurs sınaqlarını başa çatdırıb. Bu sınaqlar 58 həftə çəkib və indi ingilislərə 18 müştəri avtomobilini yığmağa heç nə mane olmur. Hər bir nüsxənin inşası dörd ay çəkəcəkdir, sonuncu nüsxənin yığılmasının isə 2024-cü ilin sonuna qədər başa çatdırılması gözlənilir.

Ümumilikdə, Batur sınaq avtomobilləri müxtəlif yollarda 30.000 kilometrdən çox məsafə qət ediblər və +50 dərəcə Selsi temperaturunda Arizona səhrasında beş ilə bərabər istilik yükünə məruz qalıblar.

Car Zero və Car Zero-Zero adlanan hər iki prototip əmtəə avtomobillərində tətbiq edilən eyni keyfiyyət standartlarına uyğun olaraq hazırlanıblar. Batur üçün 800 unikal komponenti, o cümlədən təkrar emal edilmiş qızıldan hazırlanmış deflektor dəstəklərini yenidən lahiyələndirmək gərək olub.

Təkcə W12 mühərrikinin hazırlanmasına 100 həftə sərf olunub. Aqreqatın giriş sistemi dəyişdirilib, turbokompressorlar və soyutma sistemi yenilənib, tənizmləmələr dəyişdirilib ki, bütün bunlar hasilatı 750 at qüvvəsinə yüksəltməyə imkan verib.

Kupenin kuzovunun altında Bentley markasının tarixindəki ən qabaqcıl şassisi var. O, adaptiv üç kameralı pnevmatik asqıdan, elektromexaniki stabilizatorlardan, elektron idarə olunan yüksək sürtünməli differensialından, dönən arxa təkərlərdən və dartma vektoruna nəzarət sistemindən ibarətdir.

Batur kupesinin aerodinamik dayağı təkcə karbon lifindən deyil, həm də bitki mənşəli kompozitdən hazırlana bilər, interyer isə Dinamica mikrofiberi, bitki aşılamalı italyan dərisi və ya Şotlandiyanın “az karbonlu” dərisi ilə örtülə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bütün bunlar milyonlarla müxtəlif dekor birləşmələrini təmin edir. Məsələn, Batur Car Zero görünən karbon lifindən çiləmələr olan Purple Sector rənginə boyanıb. Radiator barmaqlığının əsas rəngi Gloss Dark Titanium çalarıdır - yaxınlaşdırdıqda onun ətrafı qaranlıq olan hüceyrələrinin bənövşəyi mərkəzi sektorlar ilə bəzədildiyini görmək olar.

Kapotu vizual olaraq uzadan kəmər xətləri Satin Titanium rəngindədir. 22 düymlük təkər disklərində parlaq və satinləşdirilmiş Black Crystal birləşməsindən istifadə edilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.