Dəbdəbəli lyüks avtomobillər istehsalçısı olan Bentley şirkəti Bentayga krossoverini ilk sahiblərinə təhvil vermişdir. Təhvil-təslim üzrə xüsusi mərasim Britaniya istehsalçısının Kryu şəhərindəki mənzil-qərargahında təşkil edilmişdir. Avtomobillərin ilk sahiblərinə hər birinin istehsalına 130 saat sərf edilən krossoverlərin yığılma prosesini izləmək, həmçinin, dizayn, mühəndislik işlərində iştirak edən və interyerin tərtibatını həyata keçirən mütəxəssislərlə söhbət etmək imkanı verilmişdir.
Bentley Bentayga avtomobilinin ilk nüsxələri xüsusi «First Edition» modifikasiyasında buraxılmışdır. Bu modifikasiya adi krossoverlərdən kuzova bərkilidilmiş Britaniya bayrağının təsviri olan emlemlərlə, 22 düymlük təkər diskləri və salonun xüsusi tərtibatı ilə seçilir.
Xüsusi seriyadan olan avtomobillərdən cəmi 608 ədəd istehsal ediləcəkdir. Avtomobilin ilk nüsxəsi Böyük Britaniya kraliçası İkinci Yelizavetaya hədiyyə olunacaqdır. Bundan əlavə, avtomobilin ilk sahiblərinə hədiyyə olaraq Breitling şirkətinin qol saatı təqdim ediləcəkdir.