Bentley şirkətinin rəhbərliyi dəbdəbəli Bentayga modelinin əlçatan modifikasiyalarını artırmaq üzərində fikirləşir. Hal-hazırda Britaniya istehsalçısının rəhbərliyi lyuks SUV seqmentində yaranacaq rəqabətin qarşısını almaq üçün bu və ya digər modellərin buraxılması məsələsinə baxır.
Bu barədə məlumatı, əməkdaşları Bentley markasının rəhbəri Volfqanq Dürhaymerlə söhbət etmiş Autocar nəşri yaymışdır. Uzun sürən söhbət zamanı markanın başçısı yaxın zamanlarda Audi Q8, BMW X7, Lamborghini Urus və Rolls-Royce Cullinan kimi ofroderlərin buraxılacağını bildirərək, onların Bentayga ilə rəqabətə girişəcəklərini qeyd etmişdir. Rəqiblərdən bir pillə üstün olmaq üçün əlçatan Bentayga modifikasiyalarının sayının artırılması vacibdir. Lakin, Dürhaymer məhz hansı modifikasiyaların peyda olacağını açıqlamamışdır.
Bununla belə, şirkət rəhbəri ofroderin GT3 R adlı “qaynar” modifikasiyasının ola biləcəyini söyləmişdir.
Əgər bu layihəyə “yaşıq işıq” yandırılarsa, “qaynar” model iki ildən sonra hazır ola bilər. Eyni zamanda, Dürhaymer Bentley markasının model cərgəsində Bentayga modelinin kupeşəkilli kuzova malik olan “kiçik qardaşını” görmək istədiyini də bildirmişdir. Bu barədə də açıqlama verilməsə. yeni modelin hybrid güc qurğusu ilə təchiz ediləcəyi əvvəllər də bildirilmişdir.