Bentley şirkəti Le Mandakı qələbələrinə həsr edilmiş Continental GT modelinin xüsusi versiyasını hazırlayıb. 48 avtomobildən ibarət olan seriya Le Mans Collection adlanır və Speed 8 idman prototiplərinin 2003-cü il marafonundakı uğurlu çıxışının 20-ci ildönümünə həsr olunub. Xüsusi nəşr Continental GT Speed modelinə əsaslanır, ona görə də bütün avtomobillər 6,0-litrlik W12 biturbo mühərriki, səkkiz pilləli “robot” və tam idarələnən şassi ilə təchiz edilirlər Le Mans Collection seriyasından olan avtomobillər xüsusi kuzov rəngi, dekoru və interyer tərtibatı ilə fərqlənirlər.
Zavoddaxili Mulliner atelyesi Le Mans Collection seriyasından hər bir avtomobil üçün xüsusi artefakt da hazırlayıb. Ön panelin mərkəzindəki fırlanan panelin səhtlərindən birində, saat və temperatur göstəricisinin arasında, Speed 8 idman prototipinin 4,0-litrlik V8 mühərrikindən götürülmüş klapanının bir hissəsini quraşdırılıb.
Xüsusi versiyanın əsası olaraq Continental GT modelinin ən “bərkgedən” Speed versiyası götürülüb. O, 659 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən W12 biturbo mühərriki, səkkiz pilləli “robot”, həmçinin üçkameralı adaptiv pnevmatik asqı, aktiv stabilizatorlar, idarələnən arxa təkərlər və elektron idarə olunan yüksək sürtünməli differensial ilə təchiz edilir. Bentley Continental GT Speed modeli 100 km/saat həddini 3,6 saniyəyə toplayır və maksimal 335 km/saata qədər sürətlənir.
Le Mans Collection seriyasından olan ikiqapılıları kuzovun rənginə görə müəyyən etmək olar: bu, artıq İkonaya çevrilmiş British Racing Green rənginə bənzəyən Verdant yaşıl rənginin ağ Moonbeam zolağı ilə birləşməsidir.
Digər marker - radiator barmaqlığındakı Arctic White rəngindəki "7" rəqəmidir. Əlbəttə ki, xüsusi seriyadan olan avtomobillərin standart təchizatına qara Blackline Specification dekoru, Styling Specification kuzov dəstinin karbondan hazırlanmış elementləri və karbon-keramika əyləcləri daxildir.
Monoxrom interyer parça və dəri ilə işlənib. Ön tərəfdə Bentley markasının 1924 - 2003-cü illər arasında Le Manda əldə etdiyi qələbələrin simvolu olan altı çələng var. Ağac şpon örtüklərinin əvəzinə iki səthli əlavələrdən istifadə olunur: alt hissəsi karbondan, üst hissəsi "parlaq qara" Piano Black dekorundandır. Ən diqqətli olanlar isə, kandarın kənarına həkk edilmiş Bentley Speed 8 idman prototipinin siluetini görəcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.