Bentley şirkətinin rəhbərliyi uzun məsləhətləşmələrdən və təhlillərdən sonra Mulsanne modelinin açıq variantı barədə qərarını açıqlamışdır. Britaniyalılar sonunda dəbdəbəli kabrioletin kiçik seriyalarla istehsal edilməsinə qərar vermişdirlər. Bu barədə məlumatı «Car and Driver» nəşrinə Bentley markasının rəhbəri Volfqanq Dürhaymer vermişdir. Dürhaymer «Car and Driver» nəşrinə verdiyi müsahibədə iyirmi ədəd Mulsanne kabrioletinin istehsal ediləcəyini söyləmişdir. Əlbəttə ki, nadir sayılacaq kabrioletlərin qiyməti də müvafiq olacaq - 1,3 milyon funt-sterlinq.

Xatırladaq ki, dəbdəbəli kabriolet haqqında söz-söhbətlər artıq beş ildir ki davam edir. 2012-ci ildə bu söz-söhbətlərin boş yerdən yaranmadığı da məlum oldu - Bentley şirkəti Pebbl-Biçdə keçirilən bağlı mərasimdə yeni dəbdəbəli kabrioletin ilk konseptini özünün VİP-müştərilərinə təqdim etdi. Bu mərasimdən iki  il sonra isə, konsepti Grand Convertible adı ilə geniş tamaşaçı kütləsi qarşısında nümayiş etdirdilər.   

Belə ki, indi fotoşəklini dərc etdiyimiz Bentley Grand Convertible faktiki olaraq Mulsanne kabrioletinin carçısına çevrildi. İstənilən halda, Dürhaymerin söylədiyinə görə, dəbdəbəli kabrioletin seriya variantını görmək üçün daha bir-iki il gözləmək lazım gələcəkdir. Ola bilsin ki, Britaniya istehsalçısı artıq arxivlərdə tozlanan Azure adını da yenidən həyata qaytarsın. Hər halda gözləməkdən başqa çarəmiz yoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt