Bentley şirkətinin xüsusi sifarişlərlə məşğul olan bölümü yeni karbon işləmələr növünü təqdim etmişdir. Mulliner bölməsinin mütəxəssisləri ağ rəngli kuzova malik olan Bentley Continental GT V8 S Convertible modelinin kapotunu və alın şüşəsinin haşiyəsini narıncı rəngə boyayaraq, onu xüsusi aerodinamik kuzov dəsti ilə təchiz etmişdir.

Avtomobilin salonuna nəzər saldıqda interyerin tərtibatında da eyni ağ və narıncı rənglərdən istifadə edildiyini görmək olar. Lakin, interyerə diqqətlə nəzər salsanız, parlaq-narıncı rəngli karbondan istifadə edildiyinin şahidi olarsınız. Mulliner mütəxəssisləri tərəfindən hazırlanmış və Sparkle Carbon ("Qığılcımlanan karbon") adını almış yeni növ işləmələr "təbii rəng palitrasını və alovun hipnotik hərəkətini təqlin edən" kimi səciyyələndirilmişdir. Yeni növ karbon işləmənin hazırlanmasında karbon lifləri ilə bərabər mis zərdən və metal simlərdən istifadə edilmişdir.

Kabriolet fevral ayında Cenevrə avtosalonunda nümayiş etdirilmək üçün yığılmışdır. Avtomobil öz sahibini elə stenddəcə tapmışdır. Britaniya şirkəti abtomobilin satış qiyməti və yenidən bu karbondan istifadə etməyi düşündüyü barədə sullara cavab verməkdən imtina etmişdir.

Yenidən bu məsələnin gündəmə gəldiyiniı nəzərə alsaq, Bentley şirkətinin yeni işləmələrdən istifadə etmək fikrinin olduğunu demək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt