Bentley şirkəti Continental GT modelinin Rusiya bazarı üçün nəzərdə tutulmuş iki xüsusi modifikasiyasını təqdim etmişdir. Bentley Continental kupe və kabrioletinin xüsusi modifikasiyaları Silverfox və Magneta Edition adını almışdır. Xüsusi seriyadan olan avtomobillər kuzovun və interyerin iki rəngli tərtibatı ilə seçilir.
Cəmi yeddi ədəd eksklyuziv avtomobil istehsal ediləcəkdir ki, bunlardan üçü Silverfox seriyasından olan Continental GT V8 S və Magneta seriyasından olan üç ədəd Continental V8 kupesi və bir ədəd kabriolet olacaqdır. Hər iki modifikasiya 4,0-litrlik V8 mühərriki ilə təchiz edilir ki, Continental VB S modifikasiyasında bu mühərrik 528 at qüvvəsinə, Continental GT V8 modifikasiyasında isə 507 at qüvvəsinə malikdir. Silverfox variantı 1936-cı ildə London – Edinburq yolunda 182 km/saat həddinə sürətlənmiş lokomotivə həsr edilmişdir.
Bu seriyadan olan avtomobillər qara-boz rəngə boyanmış eksteryerə və qara dəri və sarı rəngli seçilən elementləri olan interyerlə seçilir. Magneta variantı isə qadınlar üçün hazırlanmışdır. Bu seriyadan olan avtomobillər bənövşəyi və ağ rəngə boyanmışdır.
Avtomobillərin interyeri eyni çalarlarda tərtib edilmiş və oturacaqların başlıqlarında həkk olunan “Mulliner” yazıları ilə təchiz olunmuşdur.