Bentley müharibədən əvvəlki Speed Six modelinin 12 dəqiq nüsxəsini yığacaqdır. Bentley Speed Six replikasının prototipi bu gün işinə başlayan Qudvud Sürət Festivalında təqdim edilib. Speed Six – Bentley 6½ Litre modelinin idman variantıdır. O, 1929 və 1930-cu illərdə “Le Manın 24 Saatı” yarışında qalib gəlib və Britaniya markasının ən uğurlu yarış avtomobili sayılır.
Klassik sportkarın replikasını o dövrün orijinal çertyojlarından, mühəndislərin arxivdəki qeydlərindən və günümüzə qədər gəlib çatmış Speed Six modellərinin 3D texnologiyası ilə skanlanmasından istifadə etməklə yığıblar.
1930-cu illərin orijinal Bentley Speed Six yarış avtomobili Bentley 6½ Litre modelindən daha qısa təkər bazası ilə fərqlənir və gücü 180-dən 200 at qüvvəsinnə qədər artırılmış sıralı altısilindrli mühərriklə təchiz edilirdi.
Speed Six modelinin yalnız iki nüsxəsi günümüzə qədər gəlib çatıb - yarış və şassi nömrəsi GU409 olan yol versiyası. Sonuncu Le Man spesifikasiyasına uyğun bərpa edilib. Atelye mütəxəssisləri Speed Six 3D modelini yaradıblar, GU409 isə, şassi və mühərriki tənzimləmək üçün istinad kimi götürülüb.
Qudvudda dözümlülük və dinamika testləri üçün inşa edilmiş prototip təqdim olunub. Sınaqlardan sonra, 12 nüsxəlik (onların hamısı artıq satılıb) tirajla buraxılacaq müştəri avtomobillərini oktyabr ayında əl ilə yığılmağa başlayacaqlar.
Bütün nüsxələrin yığılması 2025-ci ilə qədər başa çatmalıdır. İlkin hesablamalara görə, onların hər biri müştərilərə təxminən 1,5 milyon funt-sterlinqə başa gəlib. Lakin real qiymət səsləndirilməyib.
Bentley şrkətinin mətbuat xidmətinin məlumatına görə, replikanın hazırlanmasına 10 ay tələb olunub. 6,5 -itrlik mühərrik üçün altı yüzdən çox yeni hissə hazırlanıb və dinamostendə ölçmələr aparılıb. Mühərrikin 205 at qüvvəsi hasil etdiyi məlum olubr.
Bu, Mulliner atelyesinin ilk belə layihəsi deyil. Üç il əvvəl atelye Continental GTC şassisinə əsaslanan Bacalar rodsterini və müharibədən əvvəlki Blower modelinin replikasını təqdim edib. Blower 13 nüsxəlik tirajla buraxılıb ki, onlardan 12-si müştərilər, biri isə, resurs testləri üçün nəzərdə tutulmuşdu.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.