SBH1001 şassi nömrəsi olan avtomobil “əvəz etməkdənsə, təmir etmək” şüarı ilə ciddi bərpa prosesinə məruz qalıb və Bentley Heritage Collection ekspozisiyasında öz yerini tutub. Bərpa işləri P&A Wood firması tərəfindən aparılıb. Üstəlik, hətta arxa alt çərçivənin vibrasiya əleyhinə innovasion dayaqları da təmir edilib.

Bentley T-Series (1965-1980) sedanının Shell Grey rənginə boyanmış ilk nüsxəsi 59 ildən sonra Kryudakı zavoda qayıdıb. Avtomobil uzun müddət hərəkətsiz qaldığı üçün çox pis vəziyyətə düşüb.

Onun bərpası Bentley Heritage Collection layihəsinin tərəfdaşı olan P&A Wood tərəfindən həyata keçirilib. Ən çətin iş interyerin orijinal görünüşünü bərpa etmək olub, çünki ön panel və tərtibat hissələrinin əksəriyyəti çatışmırdı, naqillər isə, heç bir aydın ardıcıllıq olmadan parçalara sallanırdı.

Avtomobil söküldükdən sonra keyfiyyətsiz təmirin qüsurları da ortaya çıxıb: bunlara misal kimi, korroziya və kuzov panelləri arasında qeyri-bərabər boşluqları göstərmək olar. Arxa qanadı bütövlükdə dəyişdirmək gərək olub, bundan sonra avtomobilə bir neçə qat astar vurulub və cilalanıb.

Xrom bəzəklər və bamperlər təmizlənib və cilalanıb, lakin patinanı göstərmək üçün orijinal boya saxlanılıb. Eyni zamanda, “Vibrashock” antivibrasiya dayaqları və klirensin hündürlüyünü tənzimləyən hidropnevmatik sistemin hər iki sxemi təmir edilib.

Ən maraqlısı odur ki, SBH1001 şassi nömrəli sedanın mühərriki və transmissiyası daha yaxşı vəziyyətdə olub. 6,23-litrlik V8  mühərrikinin yalnız yağı dəyişdirilib, ötürmələr qutusu yenidən tənzimlənib, arxa oxun kipkəçləri yenilənib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tamamlandıqdan sonra, ilk monokoklu Bentley modeli Britaniya markasının 105 ilini əhatə edən Bentley Heritage Collection ekspozisiyasında öz yerini tutacaq.

Bu avtomobillərdən cəmi 1868 ədəd istehsal edilib və əslində onlar Bentley loqotipini almış Rolls-Royce Silver Shadow modeli olublar. Sedanlar 100 km/saat həddinə 10,9 saniyəyə sürətlənir və 185 km/saatlıq makismal sürət həddinə malik idilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.