Bentley şirkəti kişilər üçün yeni ətir buraxıb. Ətir, xüsusi Blackline modifikasiyası üslubuna uyğun olaraq yaradılıb. Britaniya avtomobil istehsalçısı dəri notları olan premium ətiri 88 dollara qiymətləndirib.
Şirkət, müştərilərin təxminən 40 faizinin öz avtomobilləri üçün Blackline versiyasını seçdiyini aşkarlayıb. Buna görə də, dəbdəbəli avtomobillər istehsalçısı məhz onlar üçün yeni Bentley for Men Black Edition ətrini buraxmaq qərarına gəlib.
Flakon yuxarı hissəsində xromlanmış metal əlavəsi olan qara şüşədən hazırlanıb. Parfüm ilkin olaraq bənövşə və mandarin notlarını önə çıxarır, sonra isə yasəmən və paçuli notları, üçüncü mərhələdə isə dəri, tütün, sidr və müşk notları açılır. Ətirin müəllifi onu təzə avtomobilin qoxusunu xatırlatması üçün hazırlamaq istədiyini bildirib.
İyunun əvvəlində Bentley Cənubi Amerikanın qoxusu olan ətir buraxıb. Berqamot, vanil, tonka paxlası, labdanum və sidr notları olan Magnetic Amber ətiri təbii ağac ilə örtülmüş tilli flakonda gəlir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.