Bentley şirkəti özünün 100 illik yubileyinə həsr etdiyi EXP 100 GT konseptual kupesini bu gün təqdim etməlidir. Bu hadisəni xatırlatmaq üçün istehsalçı yeni videotizeri dərc edib.
Dəbdəbəli avtomobillər istehsalçısı bu əlamətdar hadisəni təmtəraqlı bayram etmək üçün çoxsaylı yeniliklər hazırlayıb. Onların arasında Continental GT Number 9, Continental GT Convertible Number 1 və Bentayga Speed modelləri də vardır.
Lakin, britaniya markası təkcə xüsusi versiyalar ilə keçinmək fikrində deyil. Bu gün markanın mətbuat xidməti Bentley şirkətinin EXP 100 GT adlı konsepti hazırladığını bəyan edib. Şirkət nümayəndələrinin “transformer” adlandırdığı avtomobil sıfır tullantılar səviyyəsinə malik olacaqdır. Transformasiyanın nədən ibarət olacağı isə hələlik sirr olaraq qalır.
“Autocar” nəşrinin əldə etdiyi məlumata əsasən, EXP 100 GT hidrogen ilə çalışan hibrid güc qurğusuna malik olan pilotsuz avtomobildir. Ən maraqlısı isə, avtomobilin müxtəlif funksiyalarını idarə etməyə imkan verəcək OLED displeylər qapı panellərinə yerləşdirilib.