Bentley şirkəti və Şotlandiyanın məşhur Macallan şərabçılıq firması gələn il kolleksiya viskisini buraxacaqlar. Viskini palıd çəlləyinin çubuqlarını xatırladan örtüyə bükülmüş qeyri-adi üfüqi şüşəyə doldurulacaqlar.

Bütün bunlar təkrar emal edilmiş və ekoloji cəhətdən təmiz olan materiallardan hazırlanacaqdır. Macallan brendinin “keyfiyyət sütunlarının” sayına uyğun olaraq, altı materialdan istifadə ediləcəkdir: mis, alüminium, şüşə, iki növ ağac və həqiqi dəri.

Şotlandiyanın Macallan markası və Bentley şirkəti, əməkdaşlığa keçən il Bentayga Hybrid krossoverinin xüsusi versiyasının yaradılması ilə başlayıblar. Krossover şərabçılıq evinin görünüşünü nəzərə alınmaqla hazırlanmış və Macallan ailəsinin mülkünün təsvirləri ilə bəzədilmişdi.

İki markanın ilk birgə məhsulu isə, Macallan Horizon adlanır. Bu, əsasən təkrar emal edilmiş və davamlı materiallardan hazırlanmış üfüqi şüşəyə doldurulmuş təksəmənili viskidir.

Macallan brendinin “altı keyfiyyət sütununa” hörmət əlaməti olaraq, altı müxtəlif materialdan istifadə edilir. Mis köhnə viski qəliblərinin təkrar emal edilməsi nəticəsində əldə edilir, alüminium isə, Bentley avtomobillərinin istehsalından sonra qalan qırıntılardan hazırlanır.

Digər dörd material - şüşə, iki növ ağac və Bentley Mulliner Batur kupesinin oturacaqlarının üzləndiyi dərinin eynisidir. Eyni zamanda, 180 dərəcə bürülmüş şüşənin özü, palıd çəlləyinin çubuqlarını xatırladan mürəkkəb əyri üçölçülü bir quruluşa yerləşdirilib.

Image alt Image alt Image alt Image alt Image alt

Bu arada, Macallan Horizon viskisinin əsas komponenti hələlik hazır deyil. Şüşəyə “təkrar emal və resurların tükədilməyən istifadəsi haqqında öz hekayəsini danışacaq” xüsusi təksəmənili viski ilə doldurulacaqdır.

Satışların başlanğıcı 2023-cü ilin yayına planlaşdırılıb.Viskinin qiyməti hələlik açıqlanmayıb. Xatırladaq ki, 2020-ci ildə, Aston Martin loqotipini daşıyan bir şüşə viski 50.000 funt sterlinqə qiymətləndirilmışdi.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.