Bentley şirkəti Bentayga V8 modelinin konkura (atçılıq idman növü) həsr olunmuş xüsusi versiyasını təqdim edib. On avtomobildən ibarət olan seriya Belçikadakı müştərilərə ünvanlanıb. Xüsusi seriyadan olan krossoverlər adilərindən yalnız xüsusi xarici dekoru və interyer tərtibatı ilə fərqlənirlər. Məsələn, krossoverlərin oturacaqlarında konkur üzrə “Stephex Masters” beynəlxalq turnirinin loqoları həkk edilib, interyerin əsas rəngi kimi isə, “yanıq palıd” adlanan çalardan istifadə olunub.

2020-ci ildə Bentley və Mulliner Continental GTC kabrioletinin atçılıq idmanına həsr olunmuş xüsusi nəşrini təqdim etmişdilər. “Equestrian Edition” adlandırılmış kabriolet yeganə nüsxədə inşa edilmış və ingilis tvidindən interyer tərtibatını almışdı. İndi isə, bütöv bir "atçılıq kolleksiyası" təqdim olunur - bunlar Belçikada məşhur olan konkura həsr edilmiş 10 nüsxədə buraxılacaq Bentayga V8 krossoveriləridir.

Hər bir Bentayga Equestrian Collection krossoveri 550 at qüvvəli 4.0-litrlik V8 biturbo mühərriki ilə təchiz ediləcək və qəhvəyi Spectre rənginə boyanacaqdır. Mulliner mütəxəssisləri tərəfindən diqqətlə seçilmiş xarici dekor elementlərinə 22-düymlük on milli təkər diskləri, kuzov dəstinin karbon liflindən elementləri və idman buraxılış sistemi daxildir.

İnteryer tərtibatında narıncı tikişləri olan Burnt Oak (“yanıq palıd”) rəngli dəridən istifadə edilib. Ənənəvi rombşəkilli naxışları olan Bentley oturacaqlarının kürək hissəsinə  “Stephex Masters” turnirinin loqotipləri də tikişib. Eyni loqotipə krossoverin təchizatına daxil yastıqlarda və kuzovun arxa dayağında da rast gəlmək olar.

İnteryerin tərtibatı qapılardakı tvid əlavələr və ön panelin sərnişinin qarşısındakı hissəsinə həkk edilmiş "Belgian Equestrain Collection" (“Belçika Atçılıq Kolleksiyası”) yazısı ilə tamamlanır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ümumilikdə, Bentley və Mulliner Bentayga Equestrain Collection modelini 10 nüsxəsini buraxacaqlar. Xüsusi versiyanın təqdimatı avqustun sonunda keçiriləcək “Stephex Masters” turnirində baş tutacaqdır. Avtomobilləri Antverpen, Brüssel və Knokke-Heistdəki rəsmi pərakəndə satış mərkəzləri vasitəsilə sifariş etmək mümkündür, lakin onların qiyməti ənənəvi olaraq açıqlanmayıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.