Bentley şirkəti oyun qurğularının istehsalçısı olan Fanatec şirkəti ilə birlikdə real və virtual yarışlarda istifadə etmək üçün nəzərdə tutulmuş sükan çarxını hazırlayıb.
Bu sükan tənzimlənən əks əlaqəsi olan Fanatec sükan bazaları ilə uyğunlaşır, eyni zamanda, ayın sonunda Pikes Peak International Hill Climb yarışlarında iştirak edəcək Continental GT3 Pikes Peak yarış avtomobilində quraşdırıla bilər. Bundan başqa, sükan digər məqsədlər üçün də istifadə edilə bilər – məsələn, onu kolleksiya aksesuarı kimi xüsusi altlıqda yerləşdirilmək olar.
Continental GT3 Pikes Peak modeli üçün hazırlanmış Bentley x Fanatec sükan çarxı təyyarə şturvalı formasına malikdir. Sükan karbon lifindən və maqnezium ərintisindən hazırlanıb,habelə telemetriya və yarış barədə məlumatları əks etdirmək üçün nəzərdə tutulmuş dairəvi mərkəzi ekrana malikdir. Bu ekranın haşiyəsi preslənmiş karbondan hazırlanıb.
Eyni zamanda, sükan çarxında Bentley firma oyması olan fırlanan açarlar, yeddi mövqeli FunkySwitch açarları, optik vericiləri olan “qaçan” zolaqlar və maqnezimdan hazırlanmış dörd sükanaltı dəstək var. Bu dəstəklərdən ikisi ötürmələrə cavabdehdir, digər ikisi isə köməkçi xarakterlidir.
Quick release mexanizmi sükan çarxını tez bir zamanda quraşdırmağa imkan verir - onu Bentley Continental GT3 Pikes Peak modelinin sütununa və tənzimlənən əks əlaqəli Fanatec sükan bazasına quraşdırmaq mümkündür. Üstəlik, sükandan interyerin bəzədilməsi üçün də istifadə etmək olar: bunun üçün çatdırılma dəstinə sükanla birlikdə xüsusi altlıq da daxil edilib.
Real həyatda sükanı sınayan ilk şəxs, Pikes Peak International Hill Climb yarışında iştirak edəcək Ris Millen olacaqdır. O, bu yarış üçün xüsusi olaraq hazırlanmış Continental GT3 kupesini idarə edəcəkdir.
Xüsusi aerodinamik dəstə malik olan avtomobilin kapotunun altında 4,0-litrlik V8 biturbo mühərrikinin yarış versiyası yerləşir. Mühərrik 760 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir, lakin istehsalçı yarışlar zamanı hasilatın artacağını bildirib.