Bentley şirkəti yeni konsyerj xidmətini işə saldığını bəyan etmişdir. Bu xidmət şirkətin müştərilərinə səyahət zamanı Bentley modellərindən istifadə etmək imkanı verəcəkdir. Proqramın iştirakçıları getdikləri şəhərdə markanın bir neçə modellərindən birini seçə bilmək şansına malik olacaqdırlar.
Belə ki, müştərinin sorğusu əsasında ona Bentayga ofroderi və yaxud misal üçün «qaynar» Mulsanne Speed modeli təqdim ediləcəkdir. Bununla belə, avtomobili bu xidmətin göstərildiyi şəhərdə müştərinin arzuladığı nöqtəyə gətirəcəkdirlər. Hətta mümkün olarsa, avtomobili təyyarənin pilləkəninə də gətirə bilərlər.
Təyin olunmuş yerə gələn şirkətin nümayəndəsi lazım olarsa modelin təqdimatını da həyata keçirə bilər. Avtomobili sifarişçi üçün ən əlverişli olan yerdə də qaytarmaq mümkündür.
Bu xidmətdən istifadə etmək üçün, Bentley Network əlavəsini yükləmək kifayətdir. İlkin olaraq bu xidmət ABŞ-ın Los-Anjeles, Nyu-York və Dallas şəhərlərində göstəriləcəkdir.
Xidmətin dəyəri barədə Bentley şirkəti tərəfindən məlumat təqdim edilməmişdir.