Bentley şirkəti Continental GT Convertible Number 1 adlı məhdud saylı seriya haqqında məlumatı açıqlayıb. Mulliner atelyesi tərəfindən britaniya markasının 100 illik yubileyi şərəfinə hazırlanmış xüsusi seriya Blower modelinin və Tim Birkinin avtoidmandakı uğurlarına hörmətin əlamətidir. Bu səbəbdən də avtomobilin radiator barmaqlığında ağ rəngli «1» rəqəmi həkk olunub.
Bir nömrəsi ilə yanaşı, Continental GT Convertible modelinin fırlanan panelində, «Le Manın 24 saatı» yarışlarında iştirak etmiş 1929-cu ilin orijinal Blower modelinin porşenindən hazırlanmış unikal fraqment yerləşdirilib. Kabrioletin xüsusi seriyaya məxsus olmasını qanadlardakı emblemlər və 18 karatlıq qızıldan hazırlanmış dekor elementləri göstərir. Mart ayında nümayiş etdirilmiş Continental GT Number 9 modeli kimi, yeni model də 100 nüsxəlik tirajla buraxılacaqdır. Avtomobilin kandarlarında onun seriyadakı sıra nömrəsini göstərən lövhə vurulacaqdır.
Bentley Continental GT Convertivle Number 1 modeli 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki və səkkiz pilləli iki muftalı «robot» ilə təchiz edilir. Kabriolet 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti 333 km/saatdır.