Bu gün Bentley şirkətinin mətbuat xidməti yeni Bentayga modelinin tizerlərini dərc edərək, krossoverin təqdimat tarixini açıqlayıb. Yeni krossover 30 iyun tarixində təqdim ediləcəkdir.
Bentley şirkəti yeni avtomobilin ön fənəri, təkər diski, sükan çarxı və Naim səs sisteminin dinamiki təsvir edilmiş videoçarxı dərc etməklə kifayətlənərək, yeni Bentayga barədə heç bir məlumat verməyib.
Şirkətdən yeni Bentayga modelinin yeni Bentley Beyond 100 biznes strategiyasının əsasında yaradılan ilk avtomobilin olduğu bildirilib. Eyni zamanda, mətbuat açıqlamasında Bentayga modelinin dünyanın ən yeyin, ən dəbdəbəli və universal ofrouderinin olduğu iddia edilir.
Yeni Bentley Bentayga modeli dörd, beş və yeddi yerli salonla, 6,0-litrlik W12, 4,0-litrlik V8 benzin mühərrikləri, həmçinin 2,9-litrlik V6 mühərrikinin əsasında hazırlanmış hibrid güc qurğusu ilə təklif ediləcəkdir.