Bentley şirkəti yeni nəsil Bentley Flying Spur modelinin şəkillərini dərc edərək, avtomobil haqqında yeni məlumatla bölüşüb. Sedan Bentley markasının tamidarələnən şassiyə malik olan ilk modeli olacaq, eyni zamanda tam çəkiş sistemi və Bentley Dynamic Ride adaptiv asqısı ilə təchiz ediləcəkdir. Yeni Flying Spur modelinin təqdimatı 11 iyunda keçiriləcəkdir.
Bentley Flying Spur modelinin yeni nəslinin əsasını Porsche Panamera modelindən tanış olan MSB platforması təşkil edir. Bu platformadan Continental GT və GTC modellərinin inşasında da istifadə edilir. Bundan başqa, yeni sedan Panamaera modelndən tam idarələnən şassini də alıb. Bu isə, yüksək sürətlərdə manevrlər zamanı sabitliyi qoruyub-saxlamağa, aşağı sürətlər də isə idarəetməni yaxşılaşdıracaqdır. Ön oxu qoşan muftaya malik olan tam ötürməli çəkiş sistemi fırlanma anını arxa oxa ötürəcəkdir. Ön ox isə, yalnız arxa təkərlərin ilişməni itirməsi halında qoşulacaqdır. Bundan başqa, yeni Bentley Flying Spur modelinin təchizatına amortizatorların sərtliyini tənzimləyən Bentley Dynamic Ride adaptiv asqısı daxil ediləcəkdir.
Bir müddət bundan öncə, britaniya markası yeni sedanın növbəti tizerini dərc edib. Dördqapılı qrand turer daha dəbdəbəli olacaq və avtomobilin tarixində ilk dəfə olaraq xüsusi 3D dərisi ilə üzlənmiş salon tərtibatına malik olacaqdır. Yeni tərtibat materialı üçölçülü teksturaya malik olan dəridən ibarətdir. Bu material markanın Kryudakı mənzil-qərargahında çalışan mütəxəssislər tərəfindən yaradılıbdır. Şirkətdən bu materialın yeni Bentley Flying Spur üçün hazırlanmış təkmilləşdirmələrin və texnologiyaların geniş siyahısının tərkib hissəsinin olduğunu bildiriblər. Lakin, bu texnologiyaların nədən ibarət olacağı barədə ətraflı məlumat verilməyib.
Bentley Flying Spur modelinin mühərrik çeşidinə 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki, 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 mühərriki daxil ediləcəkdir. Sonradan 462 at qüvvəsi və 700 Nm fırlanma anına malik olan hibrid qurğu da təklif ediləcəkdir.