Müasir İstanbul şəhəri özündə tarix və mədəniyyətin zənginliyini birləşdirir, bununla belə, qədim şəhər zamanla ayaqlaşaraq digər dünya paytaxtlarından geri ilə qalmamağa çalışır. Ümumi Istanbul Silhouette Collection adı altında birləşən məhdud buraxılışlı Continental GT Azure V8, Flying Spur Azure V8 və Bentayga Azure V8 modelləri məhz bu meqapolisə həsr ediliblər.
Seriyanın bütün avtomobilləri Bosfor boğazının sularını simvolu olan Black Sapphire rənginə ilə boyanıblar. Ancaq aksentlər üçün britaniyalılar Dragonfly Blue çalarından istifadə ediblər, çünki o, əks etdirilən səmanın rənginə bənzəyir.
Məhdud seriiyadan olan avtomobillərin salonu Qalata qülləsi və İstanbulun məşhur körpülərinin təsvirləri olan tikmənaxışlarla bəzədilib. Göy Məscidin damındakı plitələrə bənzədiyinə görə seçilmiş iki rəngdə dəri - Beluga və Imperial Blue - təbii ağacdan və kvarsit şistindən hazırlanmış dekorativ Piano Imperial Blue dekoru ilə qonşuluq edir.
Hər bir avtomobil seriya üçün xüsusi olaraq yaradılmış açar qabı ilə gəlir. Bu, Mulliner atelyesi üçün tükənməz ilham mənbəyi kimi çıxış edən şəhər və onun xüsusi statusu barədə bir növ xatırlatmadır.
Istanbul Silhouette Collection avtomobillərinin kapotunun altında 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərrik var. Güc qurğusu səkkiz pilləli avtomatik transmissiya və tam ötürmə sistemi ilə birlikdə çalışır.
6,0-litrlikW12 mühərriki təklif olunmur və tezliklə Bentley çeşidindən tamamilə yoxa çıxacaq. Onu həmin V8 mühərrikinə əsaslanan hibrid güc qurğusu əvəzləyəcək. Hibrid aqreqat Bentley avtomobilləri üçün rekord sayılan 782 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edəcək.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.