Britaniyanın Bentley şirkəti son illərin trendini dəstəkləyərək öz loqotipini yeniləyib. Üstəlik, şirkətin mövcud olduğu 106 il ərzində bu, emblemin yalnız beşinci iterasiyasıdır. Eyni zamanda, bütün bu illər ərzində onun təkamülü elə də ciddi xarakter daşımayıb.

Qanadlarla haşiyələnmiş “B” hərfindən ibarət olan ilk Bentley emblemi 1919-cu ildə, Uolter Bentlinin yaxşı dostu və o dövrün ən məşhur dizaynerlərindən biri, Britaniyanın “Autocar” jurnalı üçün şəkillər çəkən rəssam F.Qordon Krosbi tərəfindən yaradılıb. Onun fikrincə, belə bir loqotip avtomobilin hərəkət enerjisini vurğulayır və aviasiya istinad edirdi, çünki Uolter Bentli tərəfindən hazırlanmış mühərriklər Birinci Dünya Müharibəsində döyüşən qırıcılarda da quraşdırılırdı.

Orijinal formada loqotip 1931-ci ilə, Bentley şirkətinin Rolls-Royce tərəfindən satın alınmasına qədər mövcud olub. Loqotipin ilk yenilənməsi bu hadisə ilə üst-üstə düşüb. Növbəti dəyişiklik 1996-cı ildə baş verib, o zaman Krosbinin şərəfinə emblemin üçölçülülüyü qaytarılıb və o daha ifadəli olub. İndiyə qədər istifadə edilən loqotip isə, 2002-ci ildə, Volkswagen konserninin qanadları altına girən Bentley brendinin prinsipial olaraq yeni modeli - Continental GT kupesini buraxmağa hazırlaşdığı zaman meydana çıxıb.

Emblemin növbəti yenilənməsi Bentley brendinin hazırkı baş dizayneri Robin Peycin rəhbərliyi altında həyata keçirilib. Bütün işlər müsabiqə əsasında brendin öz dizaynerləri tərəfindən yerinə yetirilib. Nəticədə, yeni loqotip klassik lələklərini itirib (onları qrafiki imitasiya əvəzləyib) və daha "yastı" olub. Əsas vurğu mərkəzi ovaldakı “B” hərfinə yönəldirilib. Bentley artıq onu qanadlardan ayrı və yalnız marketinq materiallarında istifadə etmək niyyətindədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş loqotipi alan ilk Bentley avtomobili təqdimatı iyulun 8-də baş tutacaq konsept avtomobili olacaq. Hələlik bu konsept yalnız tizer şəklində nümayiş etdirilir. Kəsiklər əvəzinə işıqlandırma ilə örtülmüş bağlı radiator barmaqlığı, konseptin çoxdan vəd edilmiş ilk Bentley elektromobili olacağına işarədir. Bundan əlavə, yeni emblem özü də LED işıqlandırmanı alacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.